Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ Kişilər özünə qiymət vermir...” 

Gülər Əhmədovadan sərt açıqlama...

Tovuzda 10 yaşlı Nərminin vəhşicəsinə qətlə yetirilməsi ölkə ictimaiyyətini şoka salıb. Hətta Cinayət Məcəlləsinə dəyişiklik edilərək ölüm hökmünün bərpa edilməsinə dair təkliflər də səsləndirilir.
Əlinizdə imkan və səlahiyyət olsaydı Tovuzdakı 10 yaşlı qıza edilən zülmün günahkarlarına hansı cəzanı verərdiniz?

PİA.az xəbər verir ki, Moderator.az bu sualla keçmiş millət vəkili, psixologiya üzrə fəlsəfə doktoru Gülər Əhmədovaya müraciət edərək, onun baş vermiş dəhşətli cinayətə münasibətini öyrənib:

"Bu ölkədə qızlar intihara sövq edilir, doğulmamış öldürülür, yandırılır, zorlanır, kiçik yaşında övlad sahibi olur. Nələr var... Hamısını bilirsiniz və çarəsizsiniz... Çünki susduq, dinmədik, artıq heç nə ayıb deyil.

Nə kişilərin arvad kimi bəzənməyi, nə ana - bacı söyüşünü efirə vermək...

Gör iş nə yerə çatıb ki, artıq cavan gəlinlər küçədə - bacada söyüş söyür, irad bildirəndə "nə olsun, indi hamı bir-birinə söyür" deyirlər (qulaq şahidiyik). Səbəbi çox axtarmayın. Səbəb birdir: Kişilər özünə qiymət vermir.

Hər növ alçaq, bişərəflə toyda - yasda salamlaşır, əl verir, məclisinə buraxır. Çox uzatmıram... Yazılmamış qanunların üzərində dayanıb bu dünya...

Nərminin qatilinə dövlət nə cəza verəcək bilmirəm. Amma bilin ki, bu əclaflıqların qarşısını biz, el-oba kəsməliyik. Qatilin özü də, ailəsi, tayfası da bir salama layiq bilinməməlidir. Buradan çıxan çox nəticələr olacaq. Amma hər nəsil öz dəlisinə, əxlaqsızına yiyə duracaq, yiyə durmağı öyrənməli, daha doğrusu yadına salmalıdır”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ən çox oxunanalar