Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazim İbrahimova həbs yolu göründü – “Rövşən Əkbərov işi”ndə sürpriz

Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən aparılan istintaq yekunlaşıb.

PİA.az xəbər verir ki, Rövşən Əkbərovun işi ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimov da həbs edilə bilər.

Belə ki, Rövşən Əkbərov Elçin Əliyevi Kiyevdə öldürdükdən sonra, onu Ukraynada müvəqqəti işlər vəkili Rövşən Qarabağlının Azərbaycana qaçırdığı deyilir.

Həmin vaxt məsələ ilə bağlı cinayət işi açılan zaman Nazim İbrahimov fərqli ifadə verib.

Cinayət işi üzrə şahid qismində dindirilən Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimov və fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev Elçin Əliyevi Rövşən Ələkbərovun qətlə yetirdiyini deyiblər.

Bu şəxslər hadisə baş verən zaman isə qətli Rövşən Əkbərovun törətmədiyini bildirmişdi.

Beləliklə, Nazim İbrahimov və Orucəli Hacıyevin zamanında cinəyəti bilib, gizlədərək dövlətə yalan ifadə verdiyinə görə həbs edilməsi gözlənilir.

Qeyd edək ki, aparılmış istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə onun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. (Yenicag.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ən çox oxunanalar