Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kreml Baydenin şərtlərini qeyri-mümkün adlandırıb

ABŞ prezidenti Co Bayden faktiki olaraq Rusiya Federasiyası ilə danışıqların yalnız Vladimir Putin Ukraynanı tərk etdikdən sonra mümkün olduğunu deyib, lakin bu, mümkün deyil, xüsusi əməliyyat davam edir...

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Kreml buna hazır deyil.

"Sözsüz ki, xüsusi hərbi əməliyyat davam edir. Məqsədlərimizə çatmaq üçün prezident Putin hamı ilə danışıqlara açıq olub, indi də açıqdır və açıq olaraq qalır. ABŞ hələ də Rusiya Federasiyasının tərkibində yeni əraziləri tanımır və təbii ki, bu, hansısa qarşılıqlı zəmin axtarışını, qarşılıqlı müzakirə üçün mümkün olan zəmin axtarışını xeyli çətinləşdirir", - deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Bayden Putinlə yaxın gələcəkdə təmas qurmağı planlaşdırmadığını, lakin Rusiya prezidenti Ukraynadakı münaqişənin sona çatmasında “maraq göstərərsə” belə bir ehtimalın mümkün olduğunu açıqlayıb. Eyni zamanda, Amerika lideri vurğulayıb ki, Rusiya prezidenti ilə gələcək təmaslar ABŞ-ın NATO-dakı tərəfdaşları ilə məsləhətləşmələri əsasında mümkündür.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Ən çox oxunanalar