Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

G7 ölkələri qlobal aclığın qarşısını almaq üçün alyans yaradacaq

G7 (Böyük Yeddilik) ölkələrinin inkişaf nazirləri qlobal ərzaq təhlükəsizliyini təmin etmək üçün alyans yaratmağa razılaşıblar.

Alyans dünya əhalisini təmin etmək üçün dövlətlərin həm maliyyələşdirilməsini, həm də əməkdaşlığını təşkil etməlidir. Qeyd olunur ki, indi xüsusilə Rusiya ilə Ukrayna arasında gedən müharibə səbəbindən təhlükə mövcuddur.

Mayın 18-də Berlində keçirilən görüşdə Almaniyanın İnkişaf naziri Svenya Şulze G7-ni Ukraynadakı müharibə nəticəsində yarana biləcək aclıqla mübarizədə birgə işləməyə çağırıb və qlobal ərzaq təhlükəsizliyi üçün yeni ittifaq təklif edib.

ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib ki, G7 ölkələrinin maliyyə nazirləri Rusiya neftinin qiymətlərinin alıcılar karteli tərəfindən tənzimlənməsini müzakirə ediblər.

“Bu məqsədə çatmaq üçün əhəmiyyətli kartelə ehtiyacınız var, bəlkə də təkcə Avropa İttifaqı kifayət etməyəcək. Sanksiyalardan, ikinci dərəcəli sanksiyalardan istifadə etmək ideyası yaranıb. Qiymət hədləri əvəzinə tariflər ideyası alternativ yanaşma ola bilər”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, ABŞ və digər ölkələr qlobal iqtisadiyyatı çox yükləmədən Rusiyanın enerji gəlirlərini azaltmağın yollarını müzakirə edirlər. Burada məqsəd dünyadakı qiymətləri eyni səviyyədə tutmaq üçün Rusiya neftinin bir hissəsinin bazara çıxışını saxlamaqdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar