Bazar, 14 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Fuad Qəhrəmanlının qızı ilə bağlı məhkəmə istintaqı yekunlaşır

AXCP funksioneri Fuad Qəhrəmanlının qızına cinsi təcavüzdə təqsirləndirilən Əsgər Ağazadənin barəsindəki cinayət işi üzrə məhkəmə istintaqı başa çatmaq üzrədir.

PİA.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda iş üzrə sonuncu şahid Fərid Qafarov dindirilib.

O, Sənay Qəhrəmanlının anası Zümrüd Yağmurun ifadəsinə münasibət bildirib. Zümrüd Yağmur ifadəsində deyib ki, qızı ilə Əsgər Ağazadənin birlikdə olduğu iddia olunan gündə Fərid Qafarov onlara narkotik aparıb. Məhkəmədə ifadə verən şahid ümumiyyətlə, həmin gün Əsgər Ağazadənin evinə getmədiyini bildirib: "Əsgərlə telefonla yazışırdıq. Mənə dedi ki, dur, gəl bizə. Həmin gün işim olduğu üçün gələ bilməyəcəyimi dedim. Dediyim kimi, ümumiyyətlə, həmin gün o evə getməmişəm! Vəssalam..."

Bundan sonra iş üzrə sənədlərin tədqiqi mərhələsi başlayıb.

Məhkəmədə elan olunmuş ekspertiza rəylərinə görə ittiham olunan şəxsin qanında narkotik aşkar olunmayıb. Həmçinin Sənay Qəhrəmanlının bətnindən götürülən analizdə və bioloji material nümunələrində Əsgər Ağazadəyə aid spermatozoid aşkar olunmayıb.

Proses iyulun 13-də davam etdiriləcək.

Xatırladaq ki, 2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal rayon prokurorluğunda cinayət işi başlanıb. Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb, istintaqın davam etdirilməsi İstintaq idarəsinə həvalə edilib. Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri ilə Əsgər Ağazadənin aşkar surətdə yetkinlik yaşına çatmayan Sənay Qəhrəmanlıya cinsi təcavüz etməsinə dair əsaslı şübhələr müəyyən olunub. Cinayət işi üzrə Əsgər Ağazadəyə Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsi ilə yekun ittiham elan olunub.

pia.az


Etiket:


Digərxəbərlər

Ağdamın icra başçısının mədəni halı: Vaqif Həsənov daha bir şəhid bacısını edib... - Video

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Müharibələrin tarixini dəyişdirən silah - Azərbaycan və Türkiyə ordularında HIMARS-ın anoloqu olan silahlar var?

“Böyük qüvvələrin Rusiyanın dağılmasını istəməməsinin 3 səbəbi var”

Erməni silahlı dəstələri Şuşa üzərində kəşfiyyata cəhd göstərib - Video

İranın Azərbaycana ideoloji həmlələri: Kərimə dövləti nədir?

Azərbaycan Ordusuna Laçın dəhlizi ilə bağlı tapşırıqlar verilib

Ramil Quliyev: "Nə vaxtsa Azərbaycana qayıda bilərəm"

Zəngilanda ilk ailə təsərrüfatları yaradılıb

Azərbaycanda xarici media nümayəndələrinin akkreditasiyası qaydaları təsdiqlənib

Minlərlə ton içməli suyu mənimsəyənlər: Bakının bir rayonu “lider”dir

Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın daha 7 tankı məhv edilib"

Ən çox oxunanalar