Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni bloqer prezident İlham Əliyevdən Azərbaycan vətəndaşlığı istəyir

Öz sülhməramlı təşəbbüsləri ilə tanınan erməni fəal, bloger, İstanbulda ailəsilə müvəqqəti yaşayan İşxan Verdyan Azərbaycan Respublikası vətəndaşlığının verilməsi xahişilə prezident İlham Əliyevə müraciət edib. Bununla yanaşı, o, Xankəndi şəhərində yaşamaq niyyətində olduğunu vurğulayıb.

Müraciət onun Qarabağı həmişə Azərbaycan torpağı hesab etməsi və bunu beynəlxalq hüquqla əsaslandırması ilə başlayır. "Bu nöqteyi-nəzərimi ermənilərdən heç kim bir dəfə də təkzib etməyib, mənimlə bu mövzuda debata heç kim çıxmayıb, heç kim mənim səhvimi qanuni, hüquqi cəhətdən əsaslandıra bilməyib. Mən, sadəcə, düşünürdüm ki, bir halda ki, Ermənistan sivilizasiya kursunu götürüb, o, artıq beynəlxalq hüquqa - daxil olmağa hazırlaşdığı birliyin hüququna hörmət etməyə başlamalıdır".

"Mən Ermənistanın gələcəyini Skandinaviya ölkələrindən biri kimi görürəm ... həmişə demişəm ki, Ermənistana getməyən və Qarabağda qalıb  yaşayan ermənilər Azərbaycan vətəndaşlığını almalıdırlar... onlara göstərmək istəyirəm ki, orada ermənilər kimi tamamilə təhlükəsiz yaşamaq olar. Hətta yaşamaq gözəldir", - Verdyan qeyd edib.

"Hörmətli, cənab prezident! Mənə Azərbaycan vətəndaşlığı vermənizi, Xankəndidə yaşamağa və işləməyə icazə vermənizi xahiş edirəm, - sülhməramlı İşxan Verdyan bildirib.

Turan-la söhbətində o, niyə müraciəti bu yaxınlarda Qarabağda baş vermiş döyüşlərdən dərhal sonra etməsi və bunun Ermənistan və Qarabağdan ona yeni hücum dalğasına səbəb olub-olmayacağı barədə suala cavab verib.

"Bu, təsadüf deyil, müraciət Qarabağda baş verən hadisələrin nəticəsidir. Bəli, bu, ermənilər tərəfindən mənim ünvanıma qarşı kəskin nifrət hissi oyatdı, bilirdim ki, belə olacaq. Mənim addımım gələcəyə yönəlib və məhz gələcəkdə düzgün qiymətləndiriləcək, buna şübhə etmirəm. Hələlik isə mənə qarşı nifrət bir qədər də artacaq, amma bundan qorxmuram, mən nifrət içində yaşamağa alışmışam", - Verdyan deyib.

*Verdyan Turan-da dərc olunan müsahibənin iştirakçısı olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Qızıla yatırım etmək riskli hesab edilir - Video

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Ən çox oxunanalar