Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dərslikdə 20 yanvar rəzaləti: Təhsil Nazirliyi hara baxır? - Foto

4-cü sinif rus bölmələrinə keçirilən “Rus dili” dərsliyində Azərbaycan tarixinin şanlı səhifəsi olan 20 yanvarda sovet-rus qoşunlarının xalqımıza tutduğu amansız vəhşilik tamamilə fərqli formada, təhrif olunaraq təqdim edilib və gələcək nəsillərə tam yanlış formada çatdırılır. PİA.az yenicag.az-a istinadən xəbər verir ki, tarixin saxtalaşdırılması Azərbaycan Təhsil Nazirliyinin hazırladığı kitabda öz əksini tapıb.

Cənab Əmrullayev bunu da görməyib…

Kitabda qeyd edilib ki, guya 20 yanvar 1990-cı il sovet-rus qoşunları xalqı faciədən xilas edib. Şagirdlərə Bakı küçələrində AXC silahlı dəstələri ilə toqquşma nəticəsində 170 nəfərin öldüyü, 400 nəfərin yaralandığı öyrədilir.

Hansı ki, o zaman insanlar sovet-rus qoşunlarının şəhərə girib qanlı olaylar törətməməsi üçün əliyalın dinc aksiyalar keçirib. Hətta şəhərdə istənilən və gözlənilən təxribatların qarşısını almaq üçün AXC və aksiya iştirakçılarından ibarət könüllü dəstələr yaradılıb.

Çünki artıq SSRİ KQB-si Azərbaycan xalqının erməni faşizminə və işğalına qarşı qoyduğu vahid və qətiyyətli mövqeyi qırmaq və xalqın diqqətini Qarabağdan yayındırmaq üçün yanvarın 13-dən etibarən Bakıda süni iğtişaşlar yaratdı.

Dərslikdə qeyd edildiyinin əksinə olaraq, AXC və milli-azadlıq hərəkatının üzvləri hər vəchlə erməni maraqlarına xidmət edən Moskvanın və hakimiyyətin törətdiyi bu iğtişaşların qarşısını almağa çalışırdı. Bax, beləcə öz əlimizlə heç də uzaq olmayan tariximiz gözümüzün qarşısında saxtalaşdırılır. Tarixin saxtalaşdırılması Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

Qeyd edək ki, 4-cü sinif rus bölmələrinə keçirilən “Rus dili” dərsliyində Azərbaycan tarixinin saxtalaşdırılması barədə jurnalist Mürtəza Bünyadlı sosial şəbəkədə paylaşım edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar