Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Uşaq və Gənclər teatrının növbəti uğuru – “Xəzinələr adası”

Bakı Uşaq və Gənclər Teatrı Qaraçuxur qəsəbəsində Qurban Abbasov (Neftçi Qurban) adına Mədəniyyət evində fəaliyyət göstərir. 

Teatrın direktoru əməkdar artist İntiqam Soltan burada öz istedadı və sənətə baxışı ilə fərqlənən  yenilikçi kollektiv formalaşdırıb.  Bu teatrın tamaşaçılarla növbəti görüşü 18 iyun 2022-ci ildə baş tutdu.  Bu dəfə səhnələşdirilən “Xəzinələr adası” tamaşaçılar tərəfindən  kifayət qədər həyəcan və maraqla izlənildi. Tamaşanın uşaqlara aşıladığı əsas ideya “həyatda öz hekayəni özün yazırsan”- fikri idi. Məqsəd uşaqları daha fəal olmağa, gələcəyə inamla baxmağa və doğru düşünərlərsə, onlarda doğru bir həyat yolu quracaqlarına inam yaratmaq idi.

Türkiyəli yazıçı Ercan Tulunayın əsəri əsasında səhnələşdirilən əsərin quruluşçu rejissoru Sərdar Gözəlov,  quruluşçu rəssamı Sevda Məmmədova,  baş qəhrəmanı Maviş rolunun ifaçısı isə əvvəlki tamaşada  Gülər Ləzgiyeva olmuş, bu dəfə isə istedadlı gənclərimizdən olan Türkan Şahmarlı idi.  İstedadlı aktyor Mehman Piriyevin azyaşlı izləyicilərlə maraqlı söhbəti ilə başlayan tamaşada səsləndirilən mahnıların sözlərinin müəllifi Günay Gözəlova, bəstəkarı və musiqi tərtibatçısı Yusif Rüstəmov idi. Rolları məharətlə ifa edən aktyorlar  Türkan Şahmarlı, Aytən Səfərova, Könül Şahbazova, Gülnar Əlizadə, Ədalət Ağaverdizadə,  Qurban Əhmədov, Toğrul İsabəyli, Orxan Bakiniskiy və   Emin Balayev  izləyicilər tərəfindən rəğbətlə və məhəbbətlə qarşılandılar.

Məlumat üçün bildirək ki, Bakı Uşaq və Gənclər Teatrı Qafqazda ilk peşəkar uşaq teatrıdır. Teatrın yaradıcısı və rəhbəri Respublikanın əməkdar artısti İntiqam Soltan, baş rejissoru İlhamə Əhmədovadır.

Namiq Hacıheydərli
Şair-publisist

Fotolar

pia.az 
 
 
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Qızıla yatırım etmək riskli hesab edilir - Video

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Ən çox oxunanalar