Şənbə, 28 Yanvar 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Baş Polis İdarəsi tikinti şirkətindən dərmanlar alacaq - Təfərrüat

Bakı şəhər Baş Polis İdarəsi tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub...

Yeniavaz.com xəbər verir ki, dəyəri 41 min 960 manat olan tender müsabiqəsinin qalibi “Rn Corp 22” MMC (VÖEN – 1102636981) olub.

Məlumat üçün bildirək ki, şirkətin hüquqi ünvanı Qaradağ rayonu, Lökbatan ŞTQ, Keçid 1594, ev 30, m. 8-də yerləşir. Nizamnamə kapitalı 10 manat olan “Rn Corp 22” MMC cəmi 5 ay əvvəl - 20.06.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb.

“Rn Corp 22” MMC-nin qanuni təmsilçisi Məhərrəmov Rövşən Baladadaş oğlu qeyd olunan ünvanda qeydiyyatda olan daha bir neçə şirkətə rəhbərlik edir. Bu şirkətlər təsis olunduqadan qısa müddət sonra dövlət qurumlarının keçirdiyi tender müsabiqələrində qalib olublar.

Məsələn, Məhərrəmov Rövşən Baladadaş oğlunun rəhbərlik etdiyi "Orlondo Az” MMC dövlət qeydiyyatına alındıqdan cəmi bir ay sonra Yevlax şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin keçirdiyi 105 min 800 manat, iki ay sonra isə Qazax Dövlət Sosial İqtisad Kollecinin keçirdiyi 31 min 300 manat dəyərində tender müsabiqəsində qalib olub.

“Rn Corp 22” MMC isə qeydiyyatdan keçdikdən sonra – cəmi 3 ay ərzində 10 tender müsabiqəsinin qalibi olmağı bacarıb.

Tender müsabiqələrilə bağlı diqqət çəkən məqam odur ki, barəsində heç bir məlumat olmayan “Rn Corp 22” MMC fərqli dövlət qurumlarının fərqli istiqamətlərdə keçirdiyi tenderlərdə qalib olub. Məsələn, “Rn Corp 22” MMC Şəki Pedaqoji Texnikumu üçün təmir işləri gördüyü halda, Bakı Baş Polis İdarəsinə dərman və sarğı ləvazimatları, Oğuz rayon İcra Hakimiyyətinə isə ofis mebelləri satıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vasif Talıbovun evində əməliyyat keçirildi, saxlanılan var 

“Söyüş blogeri” İrana casusluq etdiyini etiraf etdi — Detallar

Tehrandakı səfirliyimizə edilən terror aktında şəhid olan Orxan Əsgərov kimdir? - Yenilənib

İranlı diplomatlar Bakıdakı səfirlikdən sənədləri götürüb qaçdılar - Video

Azərbaycan XİN-dən İrandakı səfirliyə terror hücumu ilə bağlı yeni açıqlama - Yenilənib

“Mən həmin oğlanın şücaətinə heyran qaldım” – Deputat

İran polisi səfirliyimizə edilən terror aktının qarşısını niyə almayıb? - Video

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumun anbaan görüntüləri yayılıb - Video

Tehran prokurorundan səfirliyimizə hücum barədə uydurma iddia...

Tehranın polis rəisi Azərbaycan səfirliyinə silahlı hücum barədə açıqlama verib

Ən çox oxunanalar