Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda dəhşət: Ata və ana birləşib qızlarını “kislota”lı əski ilə yandırdılar

Bakıda ata qızının üzünə sulfat turşusu (kislota) tökərək yandırıb.

Bu barədə Lent.az-a zərərçəkən qızın həyat yoldaşı Elnur Əhmədov məlumat verib.

Onun sözlərinə görə, hadisə Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini İldız İbayev 1986-cı il təvəllüdlü qızı, Yeganə Əhmədovanın üzünə “kislota” atıb.

E.Əhmədov qeyd edib ki, hadisəyə xanımının valideynləri ilə arasında olan mülk davası səbəb olub:

“Bu məsələ üç ildir ki, davam edir. Yoldaşımın valideynləri 17 il öncə qızlarına torpaq sahəsi hədiyyə ediblər. Mən də həmin torpaq sahəsində ev tikmişəm. 17 ildir ki, həmin evdə yaşayırıq. Son üç ildir ki, qarşılarına məqsəd qoyublar ki, bizdən o evi alsınlar. Qanuni yolla heç nə edə bilmədiklərinə görə dünən səhər saat 9 radələrində yoldaşımın üzünə “kislota” tökərək, evdə heç kim olmadığı vaxtda onu öldürmək istəyiblər.

Yeganə balaca övladımı bağçaya aparanda qapının ağzında ata və anası yandırıcı maddəni əskiyə tökərək onun üzünə basıblar”.

Elnur Əhmədovun sözlərinə görə, hazırda xanımı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alır:

“Yoldaşımın vəziyyəti orta-ağır olaraq qalır. Bütün üzü yanıb. Danışa bilmir”.

E.Əhmədov onu da bildirib ki, qayınatası və qayınanasından şikayətçidir:

“Hadisə ilə bağlı polisə müraciət etmişik. Polislər ekspertizanın rəyini gözləyirlər. Ondan sonra istintaq başlanacaq. Biz onlardan şikayətçiyik. Üç ildir ki, evimizi bizdən almaq istəyirlər”.

pia.az


Etiket: təcavüz qətl


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

Ən çox oxunanalar