Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan millisi Türkiyəyə böyük hesabla uduzub

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib...

"Report"un məlumatına görə, 2-ci qrupda yer alan yığma Türkiyə seçməsi ilə qarşılaşıb. Bolqarıstanın Albena şəhərində oynanılan görüş rəqibin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Miloş Velebitin baş məşqçi olduğu kollektivdən yeganə qolu 44-cü dəqiqədə penaltidən Nəriman Axundzadə vurub. 50-ci dəqiqədə Qurban Səfərov qırmızı vərəqə ilə meydandan qovulub.

Bu qələbədən sonra xallarını 4-ə çatdıran Türkiyə yığması liderliyə yüksəlib. Xalı olmayan Azərbaycan millisi isə sonuncudur.

24 sentyabr

14:00. Türkiyə - Azərbaycan - 5:1

Qollar: Ayberk Karapo, 8. Hamza Akman, 10; 83. Burak İnce, 28 (penalti). Emir Ortakaya, 76 - Nəriman Axundzadə, 44 (penalti)

Qırmızı vərəqə: Qurban Səfərov, 50 (Azərbaycan)

Hakimlər: Helgi Mikael Yonasson, Egill Gudvardur Gudlauqsson (hər ikisi İslandiya), Xristo Hadjiyski (Bolqarıstan)

Dördüncü hakim: Georgi Ginçev (Bolqarıstan)

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında Bolqarıstana minimal hesabla uduzub - 0:1.

pia.az


Etiket: Türkiyə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar