Çərşənbə, 30 Noyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir

Qarabağ müharibəsi onu təsdiq etdi ki, xalq-dövlət birliyindən güclü qüvvə ola bilməz...

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva növbəti dəfə işğaldan azad olunmuş Qarabağa gələrək Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət etmiş və abidə önünə gül dəstələri qoymuşlar.
Mərasimdən sonra çıxış edən ölkə başçısı qeyd edib ki, bu gün bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir. Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda ediblər. Sevindirici haldır ki, şəhidlərimizin qanı yerdə qalmadı, biz döyüş meydanında şəhidlərimizin qisasımızı aldıq. Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Doğma torpaqlarımız düşməndən azad edildi və ölkəmizin ərazi bütövlüyü bərpa edildi.

Sentyabrın 27-dən başlayıb noyabrın 10-da bitən 44 gün ərzində 30 illik həsrət və nisgil bitdi, Azərbaycan döyünən ürəyinə, bir parçasına qovuşdu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Milli Ordumuz Azərbaycan tarixində yeni salnamə yazdı.
Ölkə başçısının 17 illik fəaliyyəti dövründə hər zaman xalqımıza müraciətlərində Qarabağdan söhbət açıb, onun bir gün geri qaytarılacağını əminliklə söyləyib. Beynəlxalq təşkilatların kürsülərində, xarici qonaqlarla görüşlərində eyni fikirlər hər dəfə səslənib. Bütün bunlar isə Prezidentimizin ötən 17 ildə söylədiyi sözlərin arxasında həm də bu sözlər dəyərində ordu quruculuğu prosesini uğurla həyata keçirdiyini, Ali Baş Komandanımızın sözlə əməl vəhdətini təsdiqlədi.

44 günlük müharibə xalqın rəhbərinə inamını bir daha nümayiş etdirdi. Tərtərdə, Bərdədə, Gəncədə evləri dağıdılan yüzlərlə insan Prezidentə arxalandıqlarını bildirdilər. Evlərinin dağılmasına, həyatlarının təhlükədə qalmasına baxmayaraq yurdlarını tərk etmədilər, qələbə əzmi ilə yaşadılar. Bu, rəhbərə inam, Onun arxasında olmaq deməkdir. Çünki bu insanlar cənab Prezidentin verdiyi sözlərə əməl etdiyinin şahidi olan insanlardır.

Qarabağ müharibəsi onu təsdiq etdi ki, xalq-dövlət birliyindən güclü qüvvə ola bilməz. Elə bu qüvvə də qələbəmizin səbəbkarı oldu. Bu gün ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə görülən genişmiqyaslı işlər bu torpaqlara yenidən həyatı qaytarır.

Dövlətimizin başçısı öz çıxışında vurğulayıb ki, 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Bütün Azərbaycan xalqı birlik, iradə göstərmişdir. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub-yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik.
Şəhidlərimizin şərəfinə Qaraxanbəyli kəndinin yaxınlığında abidə ucaldılıb. Qaraxanbəyli kəndi və digər beş kənd İkinci Qarabağ müharibəsinin ilk günündə azad edilmişdir. İlk şəhidləri biz məhz burada, bu yerdə vermişik. Bu abidənin yanında düşmənin səngəri yerləşirdi. Bu istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə getdi, canını fəda etdi vəqələbə qazandı. Sentyabrın 27-də öz Zəfər yürüşünə başlayan Azərbaycan ordusu sonrakı 44 gün ərzində hər gün irəliyə getdi, bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı. Düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı. 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edilmişdir. Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi.

Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

pia.az

 

 

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vasif Talıbovun qardaşının saxlanılması barədə məlumatlar əsassızdır - Yenilənib

Prezidentin bibisi oğlu barda prokurorun başına butulka ilə vurdu, konsern rəhbərliyindən qovuldu…

Bakıda evə basqın edilib: ailə üzvləri bıçaqlanıb, 2 nəfər öldürülüb - Yenilənib

"Ehtiyatlı, diqqətli olun!" - iranlı deputat Bakını hədələdi

Qaraciyəri möhkəmləndirən ən güclü vasitə - balqabaq şirəsi və bal

Qətlə yetirilən idmançının atası: “Oğlumun başı deşik-deşik idi” - Foto, Video

Rusiyada Putinin xələfi ilə bağlı mübahisələr - Kudrin prezidentliyə doğru gedir?..

Vasif Talıbovun qardaşından açıqlama: “Bunu məqsədli şəkildə yazırlar” - Foto

Buzovnadakı dəhşətli qətlin tək şahidi danışdı - Foto

Ən çox oxunanalar