Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

14 şəhiddən biri olan “işçi Nəbiyev” kimdir? - Video

Noyabrın 30-da “Qaraheybət” hərbi poliqonunda baş verən qəzada həlak olan, adı “işçi Nəbiyev” kimi keçən şəxsin kimliyi məlum olub. Həmin şəxs ehtiyatda olan polkovnik Nəbiyev Elçin Fikrət oğludur. O, general-leytenant Rail Rzayevin Hərbi Hava Qüvvələrinin (HHQ) və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHMQ) komandanı olduğu dövrdə Azərbaycanın baş şturmanı, “naviqasiyanın atası”, HHMQ və HHQ Baş Qərargah rəisi olub.

İlk və yeganə azərbaycanlıdır ki, SSRİ zamanı Rusiyanın MİQ-31 qırıcı təyyarəsində uçuşlar həyata keçirib. Sonra könüllü olaraq Azərbaycan Ordusuna dönərək 90-cı illərin Qarabağ müharibəsində iştirak edib. Müharibə zamanı ön cəbhədə düşmənin koordinatlarını və atəş nöqtələrini artilleriya və aviasiyaya ötürüb. Sonralar Mİ-24 və Mİ-8 helikopterinə şturman kimi keçid alıb. 44 günlük Vətən müharibəsində də uğurlu əməliyyatların tərtibində müəlliflərdən, ön cəbhədəki məxfi qərargahda birbaşa iştirakı olan gizli qəhramanlarımızdan biridir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar