Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Nar" Şuşada baza stansiyalarını işə salıb

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində öz şəbəkəsini genişləndirməkdə olan “Nar” şirkəti Şuşada da baza stansiyalarını işə salıb.

Şirkətdən verilən məlumata görə, bununla da mədəniyyət paytaxtımız müasir və daimi “Nar” şəbəkəsi ilə əhatə olunub. 2G, 3G və 4G texnologiyalı baza stansiyalarının quraşdırılması ilə “Nar” istifadəçiləri Şuşada keyfiyyətli və kəsintisiz səsli zəng və internet xidmətindən yararlana biləcəklər.

Qeyd edək ki, “Nar” işğaldan azad edilmiş Xocavənd və Cəbrayılda da baza stansiyalarını quraşdırıb. Mobil operator işğaldan azd edilmiş digər ərazilərin də keyfiyyətli şəbəkə infrastrukturu ilə təmin edilməsi istiqamətində işlərini davam etdirir. Qeyd edək ki, “Nar” Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin şəbəkə ilə əhatə olunmasına xüsusi önəm verir.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsi dövründə “Nar” səyyar baza stansiyaları vasitəsilə işğaldan azad edilmiş əraziləri mobil rabitə ilə təmin edirdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

HƏMAS İsraillə atəşkəsə razılaşıb - Yenilənib

Qızıla yatırım etmək riskli hesab edilir - Video

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Ən çox oxunanalar