Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Etirazçıların çoxunu rus əsgərlər öldürüb" – Politoloqdan sensasiyalı iddialar

"Hazırda Qazaxıstanda anti-Rusiya və anti-Tokayev əhvalı o qədər dərinə işləyib ki, gələcəkdə mütləq fəsadları olacaq"

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Qazaxıstada baş verən hadisələrlə bağlı sensasiyalı iddialar səsləndirib.

O, modern.az-a açılamasında deyib ki, etirazçıların öldürülməsində Rusiya hərbi qüvvələri də iştirk edib: “Rusiya Qazaxıstanda öz istəklərinə nail ola bilmədi. Qazaxların vahid milli maraqlar ətrafında birləşməsi prosesi gücləndirib. Nazarbayevin dövründə xalq Rusiya ilə münasibətlərin qorunmasına səy göstərirdi, indi inanmıram ki, bu hal yaşansın. Ölkəyə Tokayevin simasında sülhməramlı qüvvələrin gətirilməsi çox böyük yanlışlıq idi. Ölkə üçün utancveririci hal sayıla bilər”.

Q.Hüseynli deyib ki, əslində Qazaxıstanda ayağa qalxan xalqı gülləbaran edən qüvvələr Rusiyanın xüsusi qoşun növləri olub: “İndi həlak olanlarının sayını çox az göstərirlər. Bəzi mənbələrdə ölənlərin minlərlə olduğunu qeyd olunur. Onların hamısı Rusiya qüvvələri tərəfindən xəbərdarlıq edilmədən açılan atəş nəticəsində həlak olub. Bu kimi halların yaşanması da qazax xalqı tərəfindən narazılıqlara səbəb olub.

Elə Tokayevin qoşunların tez çıxarılması ilə bağlı əmri də xalqın etirazı ilə olub. Hazırda Qazaxıstanda anti-Rusiya və anti-Tokayev əhvalı var. Bu əhval o qədər dərinə işləyib ki, gələcəkdə mütləq fəsadları olacaq. Yanlışlığı birinci edən Tokayev olub.

İndi baş verənlər 1986-cı ildə Almatıda Sovet İttifaqının “Alfa” qrupu tərəfindən dağıdılan, gülləbaran edilən Qazaxıstan hadisələrindən sonra rusların əli ilə görülmüş ikinci işdir. Bu qazax xalqının yaddaşına dərindən həkk olunub. Bu da qazaxları yeni formada davranmağa vadar edəcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar