Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vyanada dəbdəbəli restoran açan azərbaycanlılar kimlərdir?..

Avstriyanın paytaxtı Vyanada “The Tree” adlı dəbdəbəli restoran açılır. Gastronews.wien saytına məlumat verən mənbə bildirib ki, obyekt Azərbaycandan olan biznesmenlərə məxsusdur. Amma məhz kimlərə məxsus olduğu açıqlanmır.

Təmirdə istifadə edilən yüksək keyfiyyətli materiallar, dəbdəbəli işıqlandırma sistemləri və müasir dizayn göstərir ki, söhbət premium-sinif restorandan gedir. Lakin nəşr bildirir ki, bu restoranın sahibinin kim olduğu və ümumiyyətlə, onun kimlərlə bağlı olduğu haqda məlumatlar sirr kimi saxlanılır. Maraqlıdır ki, bu səviyyədə restoran heç bir marketinq və reklam kampaniyası da aparmır, hansı ki, bazar iqtisadiyyatı qanunlarına görə, belə vəziyyət xarakterik deyil. “The Tree” isə nə KİV-lərdə, nə sosial şəbəkələrdə heç bir reklam yerləşdirməyib.

Restoranın Facebook səhifəsi var, amma orada sonuncu qeyd ötən il sentyabrın 28-də yerləşdirilib. O vaxtdan bura sakitlikdir. Təkcə restoranın qapısının üstündə onun tezliklə açılacağı haqda elan yapışdırılıb.(Virtualaz.org)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Bəluclar Çinin infrastruktur layihələrini həyata keçirməsinə mane olurlar

Ən çox oxunanalar