Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tehranın “Ağır intiqam” qisas planı - İran böyük müharibənin başlandığını elan edir?

Bu eyforiya şərəatində qəbul olunan qərardır, yoxsa İran böyük müharibənin başlanğıcını elan edir?..

Politoloq: “İranın verdiyi bu qərar onu göstərir ki, İran müharibəyə hazırlaşır”.

“Əgər İran ABŞ hərbi obyektlərinə hücum etsə, yaxud da ABŞ İranın hərbi obyektlərinə hücum etsə, demək ki, verilən bəyanatlar boş deyilmiş”.

Bu sözləri politoloq İlqar Vəlizadə İran parlamentinin ABŞ-a qarşı hazırladığı “Ağır intiqam” adlı qisas planını PİA.az-a şərh edərkən qeyd edib.

İran parlamenti "Ağır intiqam” adlı qisas planı hazırlayıb və plan bu gün İran Parlamenti tərəfindən qəbul olunub.

Planda qeyd edilib ki, ABŞ-ın Mərkəzi Qüvvələri Komandanlığı (CENTCOM), onun nəzdindəki bütün qurumlar terrorçu kimi tanınır.

İran İslam Respublikası Milli Təhlükəsizlik Şurasının qərarları çərçivəsində ABŞ-ın ölkənin maraqlarına zərər verən terror aktları cavablandırılmalıdır. İran Kəşfiyyat Nazirliyi iddia qaldırmaq üçün CENTCOM komandanlığının siyahısını təqdim etməlidir. İran Xarici İşlər Nazirliyi digər qurumların əməkdaşlığı ilə ABŞ-ın bölgədəki bazalarını bağlamalı və ABŞ-ın bölgədəki digər ölkələrin imkanlarından istifadə etməsinə mane olmağa çalışmalıdır. ABŞ-ın qərarını müdafiə edən və İnqilab Keşikçiləri xidmətindən yayınan bütün fiziki və hüquqi şəxslər cəzalandırılmalıdır”, - deyə parlamentin qərarında bildirilir.

Qeyd edək ki, İran parlamentinin qəbul etdiyi qərarda “ABŞ-ın qərarını müdafiə edən və İnqilab Keşikçiləri xidmətindən yayınan bütün fiziki və hüquqi şəxslər cəzalandırılmalıdır”, cümləsi daha böyük maraq doğurur. İran ABŞ-ın bölgədəki müttəfiqlərini də hədəf alacaq?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq İlqar Vəlizadə ilə müzakirə edib.

İlqar Vəlizadə: “İllər öncə də həm İran, həm ABŞ müxtəlif məsələlərlə bağlı müxtəlif qərarlar qəbul ediblər. Amma bu qərarların icrasına tələsməyiblər. Burada da hər şey icra mexanizmlərindən asılıdır”.

Hadisələrin necə cəryan edəcəyini indi proqnoz etməyin çətin olduğunu vurğulayan politoloq PİA.az-a açıqlamasında bildirib ki, İranın ciddi addımlar atacağı, yoxsa piar olaraq belə qərarlar qəbul etdiyi hələ ki, sual altındadır:

İranın verdiyi bu qərar onu göstərir ki, İran müharibəyə hazırlaşır. Yəni İran belə bir görüntü yaradır. Amma düşünürəm ki, hər bir şey konkret atılan addımlardan asılı olacaq. Əgər doğrudan da İran qisas kimi kəskin addımlar atacaqsa, bu addımlara qarşılıq veriləcək. Bu da zəncirvari reaksiyalara gətirib çıxaracaq. Ən mühum olan məsələ isə odur ki, əgər belə addımlar atılsa, bu müharibənin başlanmasına gətirib çıxaracaq.

Hadisələrin necə cəryan edəcəyini indi proqnoz etmək çətindir. Çünki İranın ciddi addımlar atacağı, yoxsa piar olaraq belə qərarlar qəbul etdiyi hələ ki, sual altındadır.

İlqar Vəlizadə: “Əgər doğrudan da İran qisas kimi kəskin addımlar atacaqsa, bu addımlara qarşılıq veriləcək”.

İllər öncə də həm İran, həm ABŞ müxtəlif məsələlərlə bağlı müxtəlif qərarlar qəbul ediblər. Amma bu qərarların icrasına tələsməyiblər. Burada da hər şey icra mexanizmlərindən asılıdır. Əgər icra mexanizmləri çox gözləməyəcəksə, bu zaman regionda ABŞ-İran müharibəsi başlamış olacaq.

Qeyd edim ki, dolayısı ilə ABŞ-İran müharibəsi onsuz da gedirdi. Belə müharibəyə kvayze müharibə deyirlər. Amma bu addım real müharibəyə gətirib çıxara bilər. İndi hər şey İrandan asılıdır.

Əgər İran ABŞ hərbi obyektlərinə hücum etsə, yaxud da ABŞ İranın hərbi obyektlərinə hücum etsə, demək ki, verilən bəyanatlar boş deyilmiş və o zaman bütün regionu saracaq böyük müharibə qaçınılmaz olacaq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Ən çox oxunanalar