Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya vətəndaşlarının Bakıya axını hotel qiymətlərinə təsir edibmi?

Bu ilin yanvar-avqust aylarında Azərbaycana Rusiyadan 263 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib...

Rusiyada qismən səfərbərlik elan olunandan sonra xarici ölkələrə axın edən Rusiya vətəndaşları arasında Azərbaycanı seçənlər də var. Doğrudur, ölkəmizin quru sərhədləri hələ də bağlı olduğundan Rusiyadan Azərbaycana əsasən hava yolu ilə gəlirlər. Artıq paytaxt Bakıda tez-tez Rusiya vətəndaşlarına rast gəlmək olur. Bəs bu şəxslər hansı məkanlarda yaşamağa üstünlük verirlər? Hazırda paytaxt Bakıda olan hotellərin bir çoxunun Rusiya vətəndaşları tərəfindən bron edilməsi ilə bağlı xəbərlər yayılır.

Hotellər bu axının öhdəsindən hansı səviyyədə gələ biləcəklər?

“Report”a mövzu ilə əlaqədar açıqlama verən Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi bu faktı təsdiqləyib:

Rusiyada qismən səfərbərliyin elan edilməsi ilə və ümumiyyətlə, münaqişə ilə əlaqədar olaraq bu ölkədən xaricə vətəndaşların axını müşahidə edilir. Vətəndaşlar əsasən vizasız rejimi olan ölkələrə daha çox üz tuturlar. Səbəblər müxtəlifdir - kimsə çağırışdan boyun qaçırır, özünü pasifist hesab edir, kimsə sosial-iqtisadi vəziyyətlə əlaqədar olaraq biznesini digər ölkəyə köçürür, digərləri gələcəyə inamlarını itirdiklərindən ölkədən çıxmaq istəyirlər və s.
Azərbaycana da Rusiya vətəndaşlarının və bu ölkədə yaşayan soydaşlarımızın axını müşahidə olunur.

Bununla əlaqədar hava nəqliyyatında qiymət artımı baş versə də, hotellərin qiymətlərində hələ ki, artım müşahidə edilmir. Yalnız icarəyə verilən mənzil fondunun aktivləşməsi baş verib, təklif olunan mənzillər bir qədər bahalaşıb”.

S.Dübəndi hazırda yaşananların turizm sektoruna təsiri haqqında da fikrini bildirib:

“Düşünürəm ki, hazırda bu amil turizmə müsbət təsir göstərməyəcək. Yalnız tədricən ölkədə Rusiya diasporu artacaq, rusiyalılar ölkəmizi daha da yaxından tanıyacaqlar. Bununla əlaqədar ölkəyə köçən insanların yanına, onların tövsiyələri ilə gələnlərin sayı artacaq. Bütün bunların baş verməsi iqtisadi-siyasi amillərdən, ölkələr arasındakı gələcək əlaqələrdən və burada qonaqlara göstərilən münasibətdən asılı olacaq.

Qeyd etmək istərdim ki, Azərbaycan üçün gəlmə turizmində hədəf ölkələr sırasında Rusiya da yer tutur, amma bu ölkədə son dövrlərdə sistemli işlər zəif olub. Bunun da müxtəlif səbəbləri var.
Hesab edirəm ki, hazırda baş verənlərin turizm sektoruna aidiyyəti yoxdur, amma ölkəyə gələn, burada özünə müvəqqəti və yaxud daimi yaşayış imkanları, iş, biznes və sair şəraitləri araşdıranlara, qismən də olsa, ölkə ərazisində turizm xidmətlərindən istifadə edənlərə olacaq”.

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, bu ilin yanvar-avqust aylarında Azərbaycana Rusiyadan 263 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 70% çoxdur.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Ən çox oxunanalar