Qazaxıstanın Akmola bölgəsində şiddətli qasırğa meydana gəlib.
“TRT Haber”in məlumatına görə, təbiət hadisəsi elektrik naqillərinin qırılması, ağacların kölərindən qoparaq aşması və evlərin dam örtüklərinin uçması ilə nəticələnib.
Hadisə nəticəsində insan tələfatı qeydə alınmayıb.
Buna baxmayaraq, bölgədə fövqəladə vəziyyət elan edilib. Vətəndaşlara dəyən maddi zərəri müəyyənləşdirmək üçün xüsusi komissiya yaradılıb.
pia.az