Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polkovnikdən Sahil Babayevə ağır sözlər: "Ay adı nazirlik olan,sizin məqsədiniz, məramınız nədi?…"

"Bizim pensiya və təqaüdlərimizlə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bizim dəyərli hüquqşünas zabit dostumuz İlqar Allahverdiyevə elektron qaydada cavab verilib. Mən burada o uzun və bir qədər də şablon cavabı səsləndirib sizləri yormaq istəmirəm. Sözüm ƏƏSMN-nin savadsız və bivec rəhbərliyinə və onların yalançı, təxribatçı və hərbidən bixəbər olan Fazil Talıblı və digər vəzifəli şəxslərinədir".

Bu sözləri ehtiyatda olan polkovnik Üzeyir Cəfərov yazıb. O, bildirir: “Bəs nə oldu, ay yalançı təxribatçılar? Deyirdiniz ki, guya siz nazirlik olaraq heç yana müraciət etməmisiniz hərbi qulluqçuların pensiya işi ilə əlaqədar? Hörmətli zabit dostlarımızdan birinin haqlı olaraq yazdığı kimi “oturduqları yerdə” Konstutusiya Məhkəməsi 15 may 2020-ci il tarixli qərarını verərək “Əmək pensiyaları haqqında” Qanuna nədən dəyişiklik etdi? Kimin hansı yeri və ən əsası nəyə görə “qaşındı” ki, gedib KM Pleniumuna yazılı müraciət etdi?..

Ay uşaq, ay ordunun nə olduğunu anlamayan adı nazirlik olub, fəaliyyəti insanları hakimiyyətədən və dövlətdən açıq şəkildə narazı salmaq olan qurumun nümayəndələri? Sizin ümumiyyətlə məqsədiniz və məramınız nədir? Siz başa düşürsünüzmü ki, yaxın illərdə sizin bu axmaq və yersiz hərəkətləriniz və addımlarınız Azərbaycan adlı dövləti və onun Silahlı Qüvvələrini, ordusunu çox böyük problemlərlə, çətinliklərlə üz-üzə qoyacaq?! Siz azərbaycanlısınlz, ya bu xalqa düşmən olan digər millətlərin nümayəndələri? Siz elə düşünməyin ki, biz o 5-10 manatın davasını edirik. Biz sizin kimi maddiyata bağlı olsaydıq, vallah indi hərəmiz bir böyük biznes və mal-mülkün sahibləriydik. Buna bizim bacarığımız da, qabiliyyətimiz də, ən əsası fiziki və mənəvi imkanlarımız da imkan verir. Ay YAZIQLAR!!! Ay pul hərisləri! Siz çox cılız və düşmən yanaşmanız ilə Azərbaycan adlı dövləti çox pis vəziyyətə qoyursunuz. AYILIN. Ordunun, Silahlı Qüvvələrin haqqına girməyin. Bu çox yanlış və zərərli yoldur.

Çox yazıb, insanların onsuz da korlanmış əsəblərini daha da korlamaq istəmirəm. Amma, inanın ki, bu xəlvəti, tülkücəsinə atdığınız yanlış addıma görə xalq və millət bir yaxın zamanlarda sizdən HESAB soracaq. Onda artıq çox gec olacaq.

Buradan ölkəmin və dövlətimin cavabdeh vəzifəli şəxslərinə səslənərək deyirəm: durdurun bu cavan və səriştəsiz şəxslərin yanlış və zərərli addımlarını. Adı millət vəkili olan deputatlardan xahiş və tələb edirəm ki, MM-in güc strukturları ilə bağlı müvafiq profil komitəsi də bu ciddi narazılığı və narahatçılığı nəzərə alsın”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar