Bazar ertəsi, 03 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: İsrail beynalxalq hüququ ayaqlar altına atır, Qərb isə öz qurduğu sistemi məhv edir...

İsrailə qarşı beynəlxalq səviyyədə hər hansə bir addım atıldıqda bu bir çox dairələr və İsrail hökuməti tərəfindən antisemitizm kimi dəyərləndirilir...

Zeynal Əmrəliyev: “Təəsüflər olsun ki, İsrail beynalxalq hüququ ayaqlar altına atır və bir çox Qərb ölkəsi, o cümlədən ABŞ buna dəstək olur. Bu tamamilə yolverilməzdir”.

“İsrailin hər şeyi antisemitizm adlandırıb özünə haqq qazandırmağa çalışması qlobal sistemin çarxının ədalətsiz döndüyünü göstərir”.

Bu sözləri politoloq Zeynal Əmrəliyev Beynəlxalq Cinayət Məhkəməsinin prokurorunun İsrail və HƏMAS rəhbərlərinin həbsinə order verilməsi barədə müraciətini Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru İsrail və HƏMAS rəhbərlərinin həbsinə order verilməsi ilə bağlı məhkəməyə müraciət edəcəyini açıqlayıb. Bu bəyanat İsrail daxilində nə qədər gözlənilən olsa da, müxalifət artıq Netanyahunun istefaslnı tələb etməyə başlayıb.

Digər tərəfdən isə Netanyahu BCM prokurorunun addımını antisemitizm kimi dəyərləndirib. Maraqlıdır ki, İsrailə qarşı beynəlxalq səviyyədə hər hansə bir addım atıldıqda bu bir çox dairələr və İsrail hökuməti tərəfindən antisemitizm kimi dəyərləndirir və bu artıq demoqoqiya kimi ortaya çıxmaqdadır.

Bu deməkdirmi ki, bir çox qüvvələr İsrailə beynəlxalq qanunlara tabe olmamaq və ədalət prinsipləri kənarında davranmaq haqqı tanıyırlar? Bu durum indiki beynəlxalq hüququn əsas prinsiplərini necə təqdim edir?

İsrailin beynəlxalq hüquqa tabe olmama səbəblərini Poliqon-un əməkdaşı politoloq Zeynal Əmrəliyev ilə müzakirə etmək.

Zeynal Əmrəliyev: “Təbii ki, Netenyahu hökumətinin törətdiklər yolverilməzdir və minlərlə mülki insanın həyatına mail olan bu hərəkətlər öz hüquqi qiymətini almalıdır”.

Beynalxalq Ədalət Məhkəməsinin çıxaraıcağı hökmün tamamilə ədalətli olacağını düşünən politoloq Poliqon-a açıqlamasında qərarın İsrail rəhbərliyinə təsir edə bilməsinə inanmadığını bildirib:

“Təəsüflər olsun ki, İsrail beynalxalq hüququ ayaqlar altına atır və bir çox Qərb ölkəsi, o cümlədən ABŞ buna dəstək olur. Bu tamamilə yolverilməzdir. Əgər belə düşünürlərsə ki, beynəlxalq hüquq və ədalət sistemi ilə belə davranmaq olar, o zaman bu onların rəqiblərinin əlini gücləndirəcək. Digər tərəfdən bu durum Qərb hegemoniyasının irrənc sifətini açıq şəkildə göstərməkdədir. Həmçinin bununla Qərb öz qurduğu sistemi məhv edir.

Rusiya artıq İsrailin Qəzzada etdiklərini misal çəkərək özünün Ukraynada törətdiyi fəlakətlərə haqq qazandırır. Bu isə beynəlxalq münasibətlər sisteminin zədələnməsi ilə nəticələnəcək prossesdir. Buna görə də öz qurduqları sistemi qoruya bilmək üçün Qərb ölkələri bu cür məsələlərdə prinsipial olmalıdırlar. Çox təəssüf ki, biz bunun əksini görməkdəyik..

Beynalxaq Ədalət Məhkəməsi çox doğru qərar verərək İsrail və HƏMAS liderlərini mühakimə edir. İsrailin hər şeyi antisemitizm adlandırıb özünə haqq qazandırmağa qlobal sistemin çarxının ədalətsiz döndüyünü göstərir. Təbii ki, Netenyahu hökumətinin törətdiklər yolverilməzdir və minlərlə mülki insanın həyatına mail olan bu hərəkətlər öz hüquqi qiymətini almalıdır. Əks təqdirdə dünyanın gələcəyi çox qaranlıq görünür.

Zeynal Əmrəliyev: “Öz qurduqları sistemi qoruya bilmək üçün Qərb ölkələri bu cür məsələlərdə prinsipial olmalıdırlar. Çox təəssüf ki, biz bunun əksini görməkdəyik”.

Bu gün baş verənləri soyqırıma məruz qalan bir xalqın liderləri törədir və bu doğrudan da acı təəssüf hissi doğurur. Bu gün Qəzzada günahsız insanlar ölür, onların mülkləri dağıdılır və o mülklər insanların ailələvi məzarlarına çevrilir. Bunun qarşısı alınmalıdır.

HƏMAS rəhbərliyi barədə çıxarılan hökm də qanunidir. HƏMAS-da bir çox halda heç nəyə baxmadan günahsız insanları öldürür və bu gün Yaxı Şərqdə ölən minlərlə qadın və uşağın qətlində HƏMAS birbaşa iştirak edir. Çünki bu qətlləri HƏMAS tətikləyir. Lakin bu da İsrailə haqq qazandırmaq üçün əsas ola bilməz.

Bütün bunlar hər iki tərəfin əməllərində cinayət əməllərinin olduğunu və Beynalxalq Ədalət Məhkəməsinin çıxarıcı hökmünün tamamilə doğru olduğunu göstərir. Ancaq inanmıram ki, qərar İsrail rəhbərliyinə təsir edə bilsin. Buna baxmayaraq Netenyahu və komandası gələcəkdə buna görə mühakimə oluna bilər. Ehtiyyac olarsa, İsrail hökuməti onları qurban da verə bilər”.

Nərminə UMUDLU
Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda sükan arxasındakı qızın bu hərəkəti müzakirə yaratdı - Video

Səudiyyə Ərəbistanı “Sülh sammiti”ndə iştirak etməyəcək

COP29 Sədrliyinin Könüllülər Mərkəzinin açılışı olub

MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı iki vəzifəli şəxs həbs edildi

Final: "Qarabağ" - "Zirə" matçı - Start heyətlər

İƏT ölkələri turizmin üç növünün gələcək inkişafı ilə bağlı razılığa gəliblər

İsrail vətəndaşlarının Maldivə girişi qadağan edilib

Qızıl Avropa Liqası: Azərbaycan millisi son oyunda məğlub olub

Ən çox oxunanalar