Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ISW: Rusiya Ukraynaya qarşı yeni genişmiqyaslı hücum planlaşdırır...

Artıq yaz və yay aylarında Rusiya ordusu yeni genişmiqyaslı hücum əməliyyatı keçirməyi planlaşdırır...

Poliqon xəbər verir ki. bu barədə Amerika Müharibə Araşdırmaları İnstitutunun son hesabatında bildirilir. ISW ekspertləri belə hesab edir ki, Qərbin Ukraynaya yardımının gecikməsi Rusiyaya döyüş meydanında irəliləməyə imkan verir.

“Ukrayna ABŞ-dan yeni silah tədarüklərini gözləyir, lakin onların vaxtında çatmayacağı ilə bağlı qorxular var. Artıq yaz və yay aylarında Rusiya ordusu yeni genişmiqyaslı hücum əməliyyatı keçirməyi planlaşdırır. Ukrayna hakimiyyəti uzun müddətdir ki, bu barədə xəbərdarlıq edir. Hazırda orada vəziyyət ağırdır və Qərbin dəstəyinin gecikməsi Rusiyaya döyüş meydanında irəliləməyə imkan verir”, deyə Ukrayna cəbhəsindəki hadisələri daim izləyən ABŞ-da yerləşən Müharibə Araçdırmaları İnstitutunun beyin mərkəzinin hesdabatında bildirilir.

Ekspertlər bu vəziyyəti NATO üçün də yaxşı xəbər olmadığını vurğulayərlar.

“Biz Ukraynanın şərq cəbhəsində, xüsusən də Rusiya qoşunlarının hazırda əməliyyat səviyyəsində hücum əməliyyatları apardığı üç ərazidə kifayət qədər kritik vəziyyəti müşahidə edirik. Bu kritik vəziyyətlər Liman istiqamətində və Donetsk vilayətinin şimalında, Baxmut yaxınlığında və Avdeevkadan Donetsk şəhərinin qərbinə və cənub-qərbinə doğru uzanır. Rus qoşunları tədricən kiçik taktiki uğurlar əldə edirlər.

Ukrayna ordusu hazırda maddi çatışmazlıqlar və Qərbin təhlükəsizlik yardımında gecikmələr səbəbindən böyük təzyiq altındadır və Ukrayna qüvvələri əvvəllər gördüyümüz Rusiyanın çoxsaylı hücumlarını dayandırmaq üçün lazım olan imkanlara malik deyil.

Halbuki Rusiya ordusu tədricən döyüş meydanında çevikliyi bərpa edir və bu yay gözlənilən genişmiqyaslı Rusiya hücum əməliyyatı zamanı əhəmiyyətli əməliyyat uğurları əldə etməklə hədələyir”, deyə hesabatda vurğulanır.

ISW qeyd edir ki, Rusiya əsas hədəflərə, o cümlədən strateji Çasov Yar şəhərinə daha çox hücum planlaşdırır:

"Rusiya qoşunları Çasov Yarı ələ keçirsələr, onlar Konstantinovka və Drujkovkada sonrakı hücum əməliyyatlarına başlaya biləcək mövqeyə sahib olacaqlar. Bunlar böyük şəhərlərdir və Ukrayna müdafiəsinin əsasını təşkil edən ərazilərdir. Buna görə də Rusiya qoşunları Çasov Yarı tutmaq üçün hücum əməliyyatlarını gücləndirməyə davam edəcəklər.”, deyə hesabatda bildirilir.

Xatırladaq ki, Ukrayna bir müddətdir ki, yazda Rusiyanın mümkün hücumu barədə xəbərdarlıq edir. ISW hesab edir ki, rus qoşunları tanklarda, təyyarələrdə və döyüş sursatlarında üstünlüyə malikdir. Qərbin tədarükünün gecikməsi Ukraynanın müdafiəsinə ciddi təsir edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” 

Gürcüstanın baş naziri ABŞ-a səfər etməkdən imtina edib

Ən çox oxunanalar