Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN Kürdəmirdə mülki müdafiə məşqi keçirib - Video

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Kürdəmir rayonunda yerləşən “Şamaxı Dairy Farm” MMC-də “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib...

Poliqon FHN-ə istinadən xəbər verir ki, məşqin keçirilməsində əsas məqsəd mülki müdafiə planının reallığının yoxlanılması, rəhbər, komandir-rəis heyətinə fövqəladə hallar zamanı fəaliyyət üzrə vərdişlərin aşılanması, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili üsullarının, hesabat xarakterli sənədlərin tərtib edilməsi üzrə biliklərin təkmilləşdirilməsindən ibarət olub.

Məşqə FHN-in Muğan Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri, Kürdəmir Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, təcili tibbi yardım briqadası və “Şamaxı Dairy Farm” MMC-nin kollektivi cəlb olunub.

İki mərhələdə keçirilən məşqin ilk mərhələsi xəbərdarlıq və toplanış siqnalı ilə başlanıb, məşqə cəlb olunmuş rəhbər heyət rabitə və xəbərdarlıq sxeminə uyğun olaraq toplanıb və müəssisənin rəhbər heyətinə məşqin mövzusu, məqsədi və şərti olaraq baş vermiş fövqəladə hadisələr barədə məlumatlar çatdırılıb, obyektin mülki müdafiə planı və hər bir vəzifəli şəxsin funksional vəzifələri nəzərdən keçirilib.

Məşqin ikinci mərhələsində baş vermiş şərti fövqəladə hadisə barədə kəşfiyyat məlumatlarına əsasən, əraziyə mülki müdafiə qüvvələri yeridilib, şərti xəsarət alanlar təhlükəli ərazidən çıxarılaraq ilk yardım göstərildikdən sonra təcili tibbi yardım briqadasına təhvil verilib.

Daha sonra baş vermiş şərti yanğının söndürülməsi məqsədilə əraziyə yanğından mühafizə qüvvələri cəlb olunub, şərti yanğın qısa müddətdə söndürülüb.

Uğirla keçən məşqdən sonra nəticələrin təhlili aparılıb, nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ən çox oxunanalar