Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac iyunun 5-də keçiriləcək...

Bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

Qeyd olunub ki, hərracda Şəmkirdə yerləşən Aşağı Zəyəmçay (2 ha), Qazaxda Dəmirçilər (1 ha), Balakəndə Katexçay (9 ha), Balakənçay II (10 ha) və Paşan (13 ha), Qəbələdə Xırxatala (2 ha), Zaqatalada Qaraçay I (30 ha) və Talaçay (8 ha), Şəkidə Qaşqaçay (2 ha), İsmayıllıda Təzəkənd (25 ha) qum-çınqıl yataqları investorlara təklif olunacaq. Bununla yanaşı, Masallıda Güllütəpə I (7 ha), Göyçayda Qarabaqqal I (0,54 ha) və Ağcabədidə Muğanlı (1,40 ha) gil yatağı, həmçinin Abşeronda Qumyataq (5,6 ha) silikat qumu yatağı, Daşkəsəndə Yalqışlaq (2,1 ha) andezit yatağı, ŞəmkirŞəmkir (6,56 ha) qranodiorit yatağı, Hacıqabulda Kürdçü (10 ha) və Atbulaq (5 ha), Xızıda Yeni Yaşma I (5,5 ha) qum yataqları da hərraca çıxarılır.

İddiaçılar hərracda iştirakla bağlı sənədləri 27 may 2024-cü il saat 18:00-dək “Bakı KOB evi”nə (Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) təqdim edə bilərlər.
Əsas şərtlər tоplusunu əldə etmək və hərracda iştirak üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilərlər. Hərrac Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://clck.ru/3A8vTU ) tanış olmaq olar.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Elçin Əmirbəyov: "Papa Fransisk Həzrətlərinin Bakı və İrəvanın sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk"

ABŞ və Britaniya Yəməndə husilərin hədəflərinə növbəti zərbə endirib

Ən çox oxunanalar