Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacı Mazandan daha bir şok əməl - Mənzillərinin işıq pulunu sakinlərə ödətdirir

Yaşadığı binada iki liftdən birini özünüküləşdirməklə gündəmə gələn Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalovun daha bir inanılmaz əməli üzə çıxıb.

Bakupost.az xəbər verir ki, o, yaşadığı binada beş mənzilə və bir mansarda sahibdir. Həmin beş mənzilin və mansardın işıq pulunu, kommunal xərclərini bina sakinlərinin hesabına ödəyir.

Məlum olub ki, Hacı Mazan liftlərin işıq xəttindən mənzillərinə naqillər çəkdirib.

Beləliklə də mənzillərinin enerji təminatını, bütünlükdə kommunal xərclərini liftin və blokun kommunal xərcləri üçün sakinlərdən yığılmış vəsaitlə həyata keçirir.

Sakinlərin bildirdiyinə görə, 15 ildən çoxdur ki, bu vəziyyət davam edir.

Məlumat üçün bildirək ki, Hacı Mazan yaşadığı, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, ev 23 ünvanındakı binada lifti özününküləşdirib.

Belə ki, o, yaşadığı blokdakı liftlərdən birinə kod qoyduraraq, yalnız ailə üzvlərinin istifadəsinə icazə verib. İş adamının bu hərəkəti qonşular tərəfindən ciddi narazılıqla qarşılanıb. Onun özünü, ailə üzvlərini əlahiddə şəxslər hesab etməsi, qonşularını aşağılaması böyük qəzəb yaradıb.

Lakin bu narazılıq, qəzəb Hacı Mazanı narahat etmir. O, özünün tikdiyi binada hər cür səlahiyyətlərə sahib olduğunu bildirib.

Bina sakinləri deyiblər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət hazırlayırlar:

“Bu adamın hərəkəti hamıda dərin nifrət yaradıb. Onsuz da liftlər yaxşı işləmirdi, tez-tez xarab olurdu. Ona görə də yuxarı mərtəbədə yaşayanlar çox əziyyət çəkir. Belə bir vaxtda Hacı Mazan liftlərdən birini zəbt edir, kod qoydurur, sakinlərin istifadə etməsinə icazə vermir. Təsəvvür edin ki, onlarla şəxs lift gözlədiyi bir vaxtda Mazan padşah ədasıyla öz şəxsi liftinə minib gedir. Heç kimə də qulaq asmır. Deyir, binanı mən tikmişəm, nə istəsəm edə bilərəm. Təsəvvür edin ki, onlarla şəxs lift gözlədiyi bir vaxtda Mazan padşah ədasıyla öz şəxsi liftinə minib gedir. Heç kimə də qulaq asmır. Deyir, binanı mən tikmişəm, nə istəsəm edə bilərəm. Binada lift 18 mərtəbə üçün nəzərdə tutulmuşdu. Binanın 19 və 20-ci mərtəbələri qeyri-yaşayış sahəsi olduğundan ora lift yox idi. Sonradan Hacı Mazan o iki mərtəbəni özünə ev düzəltdi, liftin şaxtasını artırdı. İndi lift onun mənzilinin içinə açılır. Əslində, o, binanın layihəsinə də qanunsuz müdaxilələr edib. Aidiyyəti qurumlar, gərək, bu məsələylə maraqlansınlar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar