Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müdafiə Nazirliyinin təminat anbarlarına mediatur təşkil olunub

26 iyun - Silahlı Qüvvələr Günü münasibəti ilə Müdafiə Nazirliyinin təminat anbarlarına mediatur təşkil olunub.

PİA.az-ın xəbərinə görə, mediatur çərçivəsində KİV nümayəndələrinə anbarlardakı geyim və ərzaq nümunələri barədə məlumat verilib.

Qeyd olunub ki, anbarda Azərbaycan Ordusunun hər bir qoşun növünün yay və qış geyimləri saxlanılır. Anbarlardakı geyim nümunələri ilə bağlı media nümayəndələri məlumatlandırılıb.

Daha sonra təminat anbarlarındakı ərzaqların saxlanma şəraiti ilə tanışlıq olub. KİV nümayəndələrinə saxlanılan ərzağın növləri haqqında da geniş məlumat verilib.

Azərbaycan Ordusunun polkovnik-leytenantı Aqil İsmayılov 44 günlük Vətən müharibəsində ordumuzun döyüş təminatının yüksək səviyyədə olduğunu deyib:

Cəbrayıldan Şuşaya qədər döyüş yolu keçmişəm. Baxmayaraq ki, döyüşdüyümüz ərazilərin relyefi çətin idi. Lakin Azərbaycan Ordusunun istər geyim, istər ərzaq, istərsə də digər əşyalarla təminatı yüksək səviyyədə təşkil olunmuşdu. Bəzi yerlər var idi ki, artıq ora avtomobil və texnikaların getməsi mümkün deyildi. Ancaq buna baxmayaraq, piyada da olsa, ərzaq, geyim, silah-sursat yəni, bütün təminat döyüşçüyə çatdırılırdı. Bütün bunların nəticəsidir ki, Azərbaycan Ordusu zəfər qazandı və 30 illik torpaq həsrətinə son qoyuldu”.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar