Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncədə baş verən ağır qəza polis tərəfindən gizlədilir? 

Gəncə şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsini törədən şəxsləri polisin gizlətdiyi iddia edilib.

Bildirilib ki, “Chevrolet Cruze” markalı maşın yolda hərəkətdə olan “Toyota Prius” markalı avtomobili vurub. Hadisə nəticəsində “Prius”un sürücüsü Mollaəyyublu Məcruh Məcid oğlu ağır xəsarət alıb, o, təcili olaraq xəstəxanaya çatdırılıb.

İddia edilib ki, hadisənin üzərindən bir neçə gün keçməsinə baxmayaraq, qəzanı törədən şəxslər hələ tapılmayıb, xəsarət alan sürücünün izahatını almaq üçün xəstəxanaya heç bir hüquq-mühafizə orqanı əməkdaşı yaxınlaşmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, iyun ayının 20-də səhər saatlarında Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və bir nəfər sürücünün xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat daxil olub:

“Məlumat ilə əlaqədar dərhal polis əməkdaşları hadisə yerinə gələrək həm müvafiq araşdırmalar aparıblar, həm də nəqliyyatın hərəkətini təmin ediblər. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində məlum olub ki, şəhər sakini Sabir Həsənov idarə etdiyi “Chevrolet” markalı avtomobil ilə işıqforun qadağanedici işığında hərəkəti davam etdirərək şəhər sakini Məcruh Mollaəyyublunun idarə etdiyi “Toyota” markalı avtomobili vurub. Hadisə nəticəsində M.Mollaəyyublu xəsarət alıb, S.Həsənov isə hadisə yerindən yayınıb. Hazırda S.Həsənovun yeri müəyyən edilərək istintaqa cəlb edilib”.

O qeyd edib ki, araşdırmaların nəticəsindən sonra məsələyə hüquqi qiymət veriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Ən çox oxunanalar