Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşa Talıblı: "Yuxu heykəlləri gecə yıxılır..."  

Qoşa qapı qoşması...

...könlünə bir qumru düşə, quş gələ!
...Allah ağıl verə, başa huş gələ!
...qapıdı həmişə daşa tuş gələn!
Bir ziyan dəydimi daşa qapıdan?

...ümid yeri başdan-başadı...nolsun?
...şadlıqdı- kim görür bu şadı...nolsun?
...qala qapıları qoşadı, nolsun?
Heç xoşum gəlmədi qoşa qapıdan!

...dünyanın ağzında varıydı qapı;
Elə yarıcandı, yarıydı qapı.
...iki can keçməyə darıydı qapı;
Sən Ondan qayıtdın, Paşa qapıdan!

***
...nə qalmışdı deməsinlər-
evini yıxan dedilər.
...ismimi pünhan saxladım,
eh, İsmi Pünhan dedilər!

...xəbərçi xəbər apardı-
eləmi qələm boydadı?
...həddi qəddindən gödəkdi,
qədəri qədəm boydadı.

Nə bilim, kafirdi, küfrdü...
Soyuq əsən yerə getmir.
...kəmər kəsən belə baxmır,
qəmər gəzən yerə getmir.

...qış daşıdı yaza qədər!
Nə dedilər yaz eşitdim...
...eh, nə qaldı deməsinlər!
Çox dedilər, az eşitdim!..


Sui-qəsdçi...

Səninki yıxmaqdı bir fəndnən-felnən...
...bir rəng də sən qatdın min illik dəbə!
...mən elə bu başdan yıxılam gərək!
Mənim yıxılmağım sənin qələbən!

Baskak, yıxılmağım sənin qələbən!
Baş qoşdun başına dərd yığılmışa!
...yıx məni, görsünlər yıxılır ŞAİR,
yıx məni, görsünlər mən yıxılmışam!

Səninki yıxmaqdı bir fəndnən-felnən...
...yuxu heykəlləri gecə yıxılır!
...yıx məni, görsünlər yıxılır şair,
yıx baskak, görsünlər necə yıxılır!


Yalnız çiçəklər, çiçəklər

...özgənindi özgə bağı
və ən sonda- yazqabağı
bir-birinə oxşayanlar
yalnız çiçəklər, çiçəklər!

...tikanlı-tikansız göyçək!
...rəngindən rəng al da- göy çək!
...ən doğru, ən dürüst, gerçək-
yalnız çiçəklər, çiçəklər!

...şer tək mil-mil sətirli,
andlı, sevgili, xətirli.
...yer üzündə Tanrı ətirli-
yalnız çiçəklər, çiçəklər!

...üç gün, üç gecə qalmışdı,
özü də necə qalmışdı!
...ötəndən yadımda qalan-
yalnız çiçəklər, çiçəklər!


Peşkəş...

...mən də atılmışlardanam,
altımışlardan yox haa!
...şerə peşkəş elədim,
qurtardım canımdan yaxa!

Eh, yaxamı şerə verdim-
...güllü-güllü, düymə-düymə!
Dedim: düymələ-düymələ,
yaxama əl dəymə-dəymə!

Yaxa yoxdusa ha dartsın...
...fənanın fəzli budumu?
Yaxa da adam yandırar...
Belə bilməzdim odunu!

"...arısı gələr Bağdaddan"
Balımı soruşma, qardaş!
...yaxamı şerə vermişəm,
halımı soruşma, qardaş!

Paşa Talıblı

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar