Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyada nüvə silahının tətbiq edilməsi riski pik həddinə çatıb

"Dünyanın 9 nüvə dövləti öz nüvə arsenalını modernləşdirməkdə davam edir".

"ABŞRusiya birlikdə dünyada nüvə silahı ehtiyatlarının 90 faizdən çoxuna malikdir"

Bu fikirləri Stokholm Beynəlxalq Dünya Problemlərinin Tədqiqi İnstitutunun (SIPRI) rəhbəri Den Smit bəyan edib.

"Nüvə silahı və tərksilah üzərində nəzarət məsələlərində bir neçə mühüm uğurlara rəğmən, nüvə silahının tətbiq edilməsi riski "soyuq müharibə"nin pik həddindən bəri ən yüksək səviyyəyə çatıb", - Smit qeyd edib.

SIPRI- nın məruzəsində deyilir ki, doqquz nüvə dövləti (ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və KXDR) öz nüvə arsenalının modernləşdirilməsini davam etdirir, və "nüvə silahının ümumi miqdarının 2021-ci ilin yanvarından 2022-ci ilin yanvarınadək bir qədər azalmasına rəğmən, növbəti onillikdə, ehtimal ki, artacaq".

O cümlədən, qeyd edilir ki, Böyük Britaniya 2021-ci ildə nüvə başlıqlarının ehtiyat limitinin artırılacağı anonsunu verib. Fransa öz növbəsində rəsmi olaraq nüvə silahı ilə təchiz edilən üçüncü nəsil sualtı qayıqların işlənib hazırlanması proqramını işə salıb.

Ekspertlər həmçinin xatırladıb ki, Hindistanla  Pakistan atom silahının ehtiyatlarını artırır və onun daşınması üçün yeni sistemləri işləyib hazırlayır, İsrail isə öz nüvə arsenalını modernləşdirir. Bundan başqa, KXDR aktiv şəkildə nüvə silahını sınaqdan keçirir, Çində isə 300 yeni buraxılış şaxtasının quraşdırılması üzrə işlər aparılır. Bu zaman ABŞRusiya birlikdə dünyada nüvə silahı ehtiyatlarının 90 faizdən çoxuna malikdir.

SIPRI ekspertlərinin məlumatına görə, 2022-ci ilin əvvəlində 12.705 döyüş başlığının təxminən 9440-ı potensial istifadə üçün hərbi ehtiyatda olub. Onlardan 2000 vahidi - demək olar ki, hamısı ABŞ və ya Rusiyaya məxsus olan- yüksək döyüş hazırlığı vəziyyətində olub.

Təşkilatın nümayəndəsi Uilfred Vanın qeyd etdiyi kimi, nüvə silahına malik dövlətlər öz ritorikasını kəskinləşdirir və bu tip silahların hərbi strategiyalarında oynadığı rolu artırır.

Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ötən ay bəyan edib ki, Rusiya ilə NATO-nun birbaşa toqquşması nüvə müharibəsinə çevrilə bilər və bu, bütün dünya üçün fəlakətli ssenari ola bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar