Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Müsəlman Qardaşlar” və Tunis: Xaos doğulduğu yerdə dəfn olunur...

“Müsəlman Qardaşlar” dağıldı, amma bitmədi və bölgəmizdə xaos yaymaq üçün çalışan insanlar hələ də var...

Tarık Alhomayed
“Şarkul Avsat” qəzeti, 28 iyul 2021-ci il

“Müsəlman Qardaşlar” Tunisdə məğlub olmuş olsalar da, hekayə onların məğlubiyyətindən daha böyükdür. Əsas hekayə “Ərəb Baharı” adlanan xaos zamanı üsyan qalxan ilk ölkə olan və bunu davam etdirən Tunisdə, yəni doğulduğu yerdə torpağa basdırılmasıdır.

Düzdür, Tunisdə və digər yerlərdə insanlar haqlı tələblər irəli sürdülər, amma sonra Tunisin Misir, Liviya, Suriya və Yəmən olmadığını və oradakı inqilabın qeyri-real olduğunu düşündük.

Hadisələri indi izləyən, lakin “Ərəb Baharı” dövründəki hadisələri izləməyənlər nəzəriyyə yaratmağın asan olduğunu iddia edə bilərlər. Amma bu doğru deyil. O dövrdə hadisələri izləyənlər təhlükəyə qarşı kimin xəbərdarlıq etdiyini və kimin etmədiyini çox yaxşı bilirlər.

Buna görə, “Müsəlman Qardaşları”nın dağılmasından daha böyük olan hekayə “Qardaşlar”ın bölgəmizdə parçaladığı dövlət qurumlarının dövlətin nüfuzunu yenidən qazanmasıdır. “Müsəlman Qardaşlar” dövlətin Sudan, Misir və Tunisdəki nüfuzunu darmadağın etdilər. Suriya inqilabını və Yəməni, eləcə də Liviyanı inkişaf etdirmək üçün edilən bütün cəhdləri məhv etdilər. Fələstin dövlətinin yaranma şansını da puç etdilər

“Müsəlman Qardaşlar” o ölkələri gah din naminə, gah da demokratiya naminə, bir dəfə də azadlıq və sosial ədalət naminə məhv etdilər. “Qardaşlıq” dövləti və onun nüfuzunu məhv etmək üçün hər cür şüarlardan istifadə etdi.

Maraqlı və təəccüblü olan budur ki, son 10 ildə nə beynəlxalq təşkilatlardan, nə də ABŞ-ın rəhbərlik etdiyi Qərb ölkələrindən “Müsəlman Qardaşlar”ın konstitusiya və qanunlara hörmətlə yanaşması yönündə çağırışlar eşitməmişik. Ancaq “Müsəlman Qardaşlar” bir yerdə hökmranlığını itirən kimi dərhal bu çağırışları edirlər.

“Müsəlman Qardaşlar” Tunisdə məğlub oldu. Tunisin “Müsəlman Qardaşlar” modelinin ən yaxşı nümunəsi olduğuna dair yanlış təsəvvür və “Niyə Misirdəki “Müsəlman Qardaşlar” Tunisdəki “Müsəlman Qardaşlar”ı kimi olmamalıdır?”, düşüncəsi də beləcə məğlub oldu. Tunis dövləti yenidən öz ləyaqətini qazandığı üçün “Müsəlman Qardaşlar” məğlub oldular.

“Müsəlman Qardaşlar” hərbi çevrilişlə deyil, Tunisin bütün qazanclarını məhv etmək üçün ortaya çıxan on illik sistemli xaos zamanı səbr və müdriklik nümayiş etdirən Tunis ordusunun dəstəyi ilə seçilmiş mülki prezidentin təntənəli mövqeyi ilə məğlub edildi. Tunis prezidenti Qeys Səid böyük səs çoxluğu ilə seçilən bir adamdır. “Müsəlman Qardaşlar”ı devirmək və ən əsası “Müsəlman Qardaşlar”ın məhv etməyə çalışdığı Tunis dövlətinin nüfuzunu yüksəltmək üçün tanklardan deyil, konstitusiyadan istifadə etdi.

Tunis Konstitusiyasının 80 -ci maddəsinə görə, Ərəb xaosu başladığı yerdə, yəni Tunisdə basdırıldı. Bu gün “Müsəlman Qardaşlar”ın və xaosun sonu qeyd edilməməldir. “Müsəlman Qardaşlar” dağıldı, amma bitmədi və bölgəmizdə xaos yaymaq üçün çalışan insanlar hələ də var.

Bu gün Tunisdəki Qardaşların dağılması dərin bir sağlam düşüncə üçün ciddi çağırış olmalıdır. Bu gün dövlətin nüfuzu ilə maraqlanan hər kəs din adı ilə aldadıcı ifadələrdən xilas olmağın vacibliyini bilməlidir. Dövlətin ləyaqətinə hər hansı bir təhrik, insanların ehtiyaclarını və qəzəbini istismar etməyə səbəb olan hər şey aradan qaldırılmalı, məhkəmə sisteminin, nizamnamələrin və qanunların ləyaqəti yüksəldilməlidir.

Bu gün bir bayram və ya öyünmə günü deyil, əksinə bir öyrənmə günüdür. Beləliklə, bəlkə, hər 10 ildə və ya hər böhranda ölkələrimiz yenidən qarışmaz. Ölkələrimizi qurmaq üçün radikal və təxribatçı ritorikadan qaçmaq lazımdır. Beləliklə, ölkələrimizdə ləyaqəti, məhsuldarlığı və möhkəm vətəndaşlığı bərpa edə bilərik.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar