Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Zəngilanı Naxçıvanla birləşdirəcək yol yaxın 2-3 il ərzində təhvil veriləcək” - Rəsmi açıqlama

Zəngilanı Naxçıvanla birləşdirəcək yolun yaxın 2-3 il ərzində təhvil verilməsi nəzərdə tutulub.

PİA.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

O, qeyd edib ki, Zəngəzur dəhliz yolunun tikintisi sürətlə davam etdirilir: “Zəngəzur dəhliz yolu ölkə başçısının bizim qarşımızda qoyduğu prioritet məsələlərdən biridir. Artıq bu yöndə işlər aparılır. Ərazidəki tunellər və viadukların tikintisi ilə əlaqədar olaraq, işlərin təxminən 2023-2024-cü illərdə başa çatacağı gözlənilir”.

Saleh Məmmədov həmçinin qeyd edib ki, Şuşaya çəkilən “Zəfər”yolunda isə işlər yekunlaşmaq üzrədir: “Uzunluğu 101,5 kilometr olan 2 zolaqlı yolun sentyabradək istifadəyə veriləcəyi gözlənir. Artıq yolun 25 km hissəsində asfalt-beton örtüyü vurulub. Eləcə də digər ərazi hissələrdə asfalt-beton örtüyünün salınması üçün yol hazır vəziyyətdədir. Avqustun sonu, sentyabrın 15-nə qədər Bakıdan Şuşaya asfalt-beton örtüklü yolla hərəkət təmin olunacaq”.

Saleh Məmmədovun sözlərinə görə, Gəncədən Gürcüstan sərhədinə qədər olan 131 km-lik yolun 2 hərəkət zolağından 4 hərəkət zolağına keçirilməsi ilə bağlı işlər də yekunlaşmaq üzrədir: “Gələn il fevralın sonuna kimi bu yol təhvil veriləcək.

Hazırda tikinti işlərinin aparıldığı yollardan biri də Ələt-Astara-İran magistralıdır. Astara şəhərindən İran sərhədinə qədər yolumuz tam hazırdır. Gələn ilin sonuna qədər Astara çayı üzərində körpünün tikintisi və İran tərəfinə 4 zolaqlı avtomobil yolunun çəkilişinin bitməsi gözlənilir”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar