Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspert: “İqtisadi rayonların yeni bölgüsü gizli iqtisadiyyatı yox edəcək”

“İlk olaraq nəzərə almaq lazımdır ki, bu qəbildən olan layihələr bir neçə ölkədə mövcuddur və hər birində uğurla başa çatıb”.

Bunu “Report”a açıqlamasında ölkədə iqtisadi rayonların yeni bölgüsü haqqında prezident fərmanını şərh edən iqtisadçı-ekspert Fuad İbrahimov deyib.

Onun sözlərinə görə, yeni iqtisadi bölgü büdcədən ayrılan vəsaitlərin şəffaf xərclənməsinə şərait yaradacaq: “Cənab Prezident də çıxışında vurğulayıb ki, büdcə xərclərimizin effektivliyi, təyinatı üzrə xərclənməsi əhəmiyyətli məsələdir. Bilirsiniz ki, bu istiqamətdə detallı araşdırma aparmaq çətindir. Yəni elə bir alət mövcud deyil. Amma bu regionların yaranması onlara daxil olan rayonların bir-birinə inteqrasiyasını gücləndirəcək. İkincisi onların arasında büdcədən ayrılmış vəsaitlərin təyinatı üzrə istifadəsində elastiklik yaranacaq və maksimal şəkildə kənarlaşmanın qarşısını alacaq. Bundan sonra sahibkarların həmin regionlarda fəaliyyətinin elastikliyi bərqərar olacaq. Bir sözlə gizli iqtisadiyyat mərhələli şəkildə yox olacaq, beləliklə regional inkişaf baş tutacaq.

Hesab edirəm ki, qısa zaman kəsiyində məhz həmin neqativ halların kənarlaşması istiqamətində, eyni zamanda rahatlıqla sahibkarların, fiziki şəxs və özəl müəssisələrin fəaliyyətinin rahatlaşmasına xidmət edəcək qərardır. Konkret zaman və məkan çərçivəsində iqtisadi cəhətdən xüsusən də qeyri-neft sektorunun birbaşa dirçəlişinə şərait yaradacaq məqamdır. Bu göstəriciləri bir araya gətirərək onu deyə bilərəm ki, ölkə başçısının imzaladığı qərar mühüm əhəmiyyət kəsb edir. Bilavasitə də müharibə dövrünü keçdiyimiz və hazırda da işğaldan azad edilmiş torpaqlarımızın da iqtisadı dövriyyəyə cəlb etmə prosesini nəzərə alsaq bu çox mühüm və əhəmiyyətli qərardır”.

Xatırladaq ki, iyulun 7-də Prezident İlham Əliyev "İqtisadi rayonların yeni bölgüsü haqqında" fərman imzalayıb. Fərmanla iqtisadi rayonlarının aşağıdakı bölgüsü təsdiq edilib:

1.1.Bakı iqtisadi rayonu (Bakı şəhəri);

1.2.Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, ŞahbuzŞərur rayonları);

1.3.AbşeronXızı iqtisadi rayonu (Sumqayıt şəhəri, AbşeronXızı rayonları);

1.4.Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, QobustanŞamaxı rayonları);

1.5.Gəncə–Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, GöygölSamux rayonları);

1.6.Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, ŞuşaTərtər rayonları);

1.7.QazaxTovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, ŞəmkirTovuz rayonları);

1.8.Quba–Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, SiyəzənŞabran rayonları);

1.9.LənkəranAstara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, MasallıYardımlı rayonları);

1.10.Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, YevlaxZərdab rayonları);

1.11.Mil–Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, SaatlıSabirabad rayonları);

1.12.ŞəkiZaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, ŞəkiZaqatala rayonları);

1.13.Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, LaçınZəngilan rayonları);

1.14.Şirvan–Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, NeftçalaSalyan rayonları).

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Ən çox oxunanalar