Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əliyevlə Ərdoğanın dialoqu və... - İrəvan Bakını aldatdı, saxtadır

Türkiyə Cümhurbaşqanı Rəcəb Təyyub Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevlə birgə Şuşaya gedərkən aralarında belə bir dialoq olmuşdu.

İlham Əliyev: “Buralar minalarla doludur, buradan sağa-sola getmək olmaz. 15 əsir verdik, Ağdam rayonunun bütün mina xəritələrini aldıq”.

Ərdoğan: “Dedikləri yer doğru çıxdı?”

Əliyev: “Doğrudur. Çünki amerikalılar zamin durdular”.

Rəcəb Təyyub Ərdoğanın “xəritələr dəqiqdirmi” sualı günlərdir Azərbaycan ictimaiyyətini də narahat edir. Çünki söhbət Ağdam ətrafında basdırılan 97 min minadan gedir.

Bu arada, “ATV Aktual” proqramının aparıcısı Vüqar Bektaşinin suallarına cavab verən Müdafiə Nazirliyinin Mühəndis Qoşunları idarəsinin şöbə rəisi, polkovnik İlqar Nəciyev məsələyə bu şəkildə aydınlıq gətirdi: “Ermənistanın təqdim etdiyi mina xəritələri standartlara cavab vermir, düzgün tərtib edilməyib. Xəritələrin bir qismi reallığı 60% əks etdirir. Əksər hissəsi 20-30% əks etdirir”.

Vəziyyət polkovnik İlqar Nəciyevin dediyi kimidirsə, demək, Ermənistan hakimiyyəti bizə hiylə gəlib və xəritə yarı-saxtadır. Halbuki, Azərbaycan prezidentinin dediyi kimi, amerikalılar mina xəritəsinə zamin durmuşdular.

İlqar Nəciyevin açıqlamasından bir gün sonra Müdafiə Nazirliyinin sözçüsü polkovnik-leytenant Anar Eyvazov fərqli açıqlama vermək məcburiyyətində qaldı:

“Hazırda mütəxəssislər xəritələrin tam təhlilini aparır. Eyni zamanda bu iş praktiki olaraq ərazidə də həyata keçirilir. Ona görə də indi hər hansı rəqəmi səsləndirmək, xəritələrin tərtibatının standartlara nə dərəcədə uyğun olub-olmaması barədə fikir söyləmək bir qədər tezdir. Və bir də söhbət təkcə Ağdamın minalanmış ərazilərinin xəritəsindən deyil, ümumiyyətlə, indiyədək əldə etdiyimiz mina xəritələrinin təhlilinin aparılmasından gedir. Bir daha təkrar edim ki, bu istiqamətdə əldə olunan nəticələr zamanı çatdıqca mütəmadi ictimailəşdiriləcək”.

Anar Eyvazov bildirir ki, minalanmış ərazilərlə bağlı Azərbaycana verilən xəritə barədə indidən fikir söyləmək tezdir, çünki araşdırılma yekunlaşmayıb. Ancaq həmin fikri hansısa siyasi və ya hərbi ekspert söyləməyib, Anar Eyvazovla eyni strukturda çalışan yüksək rütbəli hərbçi televiziya ekranında səsləndirib. İlqar Nəciyev minalar barədə rəqəmləri söyləyərkən yəqin ki, son xəritə ətrafında aparılan araşdırmaya əsaslanıb, yoxsa konkret olaraq “60 faiz”, “20-30 faiz” rəqəmlərini hardan götürə bilərdi?

Elxan Şahinoğlu, politoloq

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar