Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Azərbaycandakı keçmiş səfirləri bəyanatla çıxış ediblər

İyunun 12-də AzərbaycanErmənistan iki ölkə arasında və ümumilikdə, Cənubi Qafqazda gərginliyi azaltmaq üçün vacib addımlar atıb. Bu bəyanatla Xəzər Siyasət Mərkəzinin Məşvərət Şurasının üzvləri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta və səfir Riçard Hoqland çıxış ediblər.

Xəzər Siyasət Mərkəzindən "Report"a daxil olan bəyanatda bildirilir ki, Azərbaycan ərazisinə qanunsuz keçdiyinə görə saxlanılan 15 Ermənistan vətəndaşını sərbəst buraxıb və Ermənistan Azərbaycanın nəzarətinə qayıdan ərazilərdə tank və piyada əleyhinə yerləşdirilən minaların xəritələrini təqdim edib. Mübadilə Gürcüstan-Azərbaycan sərhədində Gürcüstan hökumət nümayəndələrinin iştirakı ilə reallaşıb.

Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə 2020-ci ilin noyabrında imzalanan, ErmənistanAzərbaycan arasında döyüşlərə son qoyan atəşkəs bəyanatına baxmayaraq, son aylarda gərginliyin ciddi şəkildə artdığının vurğulandığı bəyanatda deyilir: “Azərbaycanın saxlanılan erməniləri geri qaytarması və Ermənistanın əvvəllər işğal olunmuş ərazilərin minalardan təmizlənməsinə yardım edəcək məlumatları təqdim etməklə bağlı qərarı Cənubi Qafqazda artan gərginliyin dayandırılmasında vacib rol oynayır. Ümidvarıq ki, hər iki ölkə davamlı sülhün qurulması yolunda daha qətiyyətlə irəliləyəcək”.

“Eyni zamanda, ErmənistanAzərbaycan hökumətlərinin iyunun 12-də atdığı addımlar nə qədər vacib, zəruri və yüksək səviyyədə qarşılansa da, on illərlə davam edən qarşıdurmaya son qoymaq və hər iki ölkəyə davamlı sülh yaratmağa kömək etmək üçün səylər davam etdirilməlidir. İyunun 12-də atılan addımlar mərkəzləşdirilmiş, dayanıqlı və yüksək səviyyəli diplomatiyanın təsirli ola biləcəyini göstərdi. ABŞ, ATƏT-in Minsk qrupu və təsir gücünə malik digərləri prosesi irəli aparmaq üçün çalışmağa davam etməlidirlər” – deyə bəyanda vurğulanır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar