Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtərdə Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə və qazilərə pulsuz tibbi xidmət göstərildi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü və “EGIS Pharmaceuticals PLC” şirkətinin dəstəyi ilə Tərtərdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilərimiz üçün pulsuz tibbi yardım aksiyası təşkil olunub. Tibbi xidmətlərin göstərilməsində kardioloq, endokrinoloq, nevropatoloq, ginekoloq, pediatr, psixiatr mütəxəssislər iştirak ediblər.

Tərtər Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiya çərçivəsində müharibə nəticəsində müxtəlif travmalar almış, doğmaları həlak olmuş şəxslərə həkim və mütəxəssislər tərəfindən lazımi tibbi və psixoloji yardım göstərilib.

Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon mərkəzi xəstəxanasına gələrək Bakı şəhərindən gələn həkimlərlə, müayinəyə gələn şəhidlərinin ailə üzvləri və qazilərlə görüşüb, onların qayğıları ilə maraqlanıb. Bu xeyirxah aksiyanın düşmən vandalizminə daha çoz məruz qalan Tərtər rayonunda keçirilməsinin
əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yaxşılaşdırılması və
problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən hər zaman şəhid ailələrinə, müharibə əlillərinə və onların ailə üzvlərinə xüsusi diqqət və qayğı göstərilir.

Aksiyadan yararlanan şəhidlərin ailə üzvləri və qazilər onlara göstərilən yüksək diqqət
və qayğıya görə cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım
Əliyevaya və aksiyanın təşkilatçılarına öz minnətdarlıqlarını bildiriblər.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İstanbulda qol dueli: “Beşiktaş” son saniyələrdə sevindi - Video

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

Ən çox oxunanalar