Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baydenin çətin keçən  100 günü - Demokratların Amerikanı “özününküləşdirmək” siyasəti uğurlu olacaqmı?

Bu 100 gündə Vaşinqtonun təkcə NATO müttəfiqləri ilə deyil, tarixən Yaxın Şərq bölgəsində ABŞ-a yaxın olan və İranın davranışlarından narahat olmaq üçün çox səbəbi olan ölkələrlə münasibətlərində böyük bir çaşqınlıq yaratdı. Bir sözlə, Baydenin ilk 100 günü çox da parlaq olmadı...

Abdulmunim Said
“Şarkul Avsat” qəzeti

Artıq ABŞ müşahidəçiləri prezident Co Bayden administrasiyasının ilk 100 gününü qiymətləndirməyə başlayıblar. İlk dəfə ABŞ-ın 33-cü prezidenti olan Franklin Ruzvelt amerikalıları səlahiyyət müddətinin ilk 100 günündə öz adminstrasiyasının Amerika Birləşmiş Ştatları xalqının etimadını qazanacağına və “Böyük Böhran”dan çıxaracağına inandırmışdı. Ruzvelt ardıcıl olaraq 4 dönəm ərzində hakimiyyətdə qalan (1933-1945) və ölümünə qədər ABŞ-ı idarə edən yeganə prezident oldu. Bu dövrdə ölkəsini təkcə Böyük Böhrandan deyil, həm də İkinci Dünya Müharibəsindən zəfərlə çıxardı. Bu uzun müddət davam edən adminstrasiya başqa bir prezidentə qismət olmadı. Amma yeni prezidentin Amerika millətinin vəziyyətini dəyişdirəcək bir sıra addımlar atdığı bu ilk 100 günlük dövr Amerika xalqının inamını qazanmaq baxımından bir ənənəyə çevrildi.

Bu dəfə isə Co Baydenin seçilməsi özünəməxsus bir hal oldu. Təxminən yarım əsr boyunca Amerika siyasi arenası onu ictimai işlərdə təcrübəli bir siyasətçi kimi tanıyırdı. O, Senatla təmsil olunan qanunverici orqan və icra orqanlarında, o cümlədən prezident Obamanın vitse-prezidenti olaraq müxtəlif siyasi sahələrdə çalışıb. Bu məqam vacibdir, çünki bu uzun yoldan sonra Baydenin rekorduna daha nə əlavə edə biləcəyi sualı tez-tez gündəmə gəlirdi. Bayden isə Obamanın kölgəsi olmayacağını deyərək bu suala cavab verməyə çalışırdı.

Yeni administrasiyanın məşhur qaradərili prezidentin üçüncü dönəmi olmayacağı şübhəsizdir. Bundan əlavə, Bayden onu Ağ Evə gətirən şeyin qismət olduğunu düşünməyə başlayıb. Çünki Demokratlar Partiyasının namizədlik seçkilərinə büdrəyərək başlamış, Bundan sonra isə partiyanın sol və sağı üçün o, bir “xilaskar” olmuşdu. Nəticədə, qeyri-adi bir rəqib olan Donald Trampı məğlub edən namizəd oldu.

Tramp Amerika siyasi dünyasının xaricindən gəlmişdi və 4 il içində bu dünyanı alt-üst etdi. Bayden Ağ Evə qarşı keçmiş prezidentin düşmənçiliyi, seçki nəticələrini tanımaqdan imtina etməsi və 6 yanvarda Konqresə edilən basqın fonunda hakimiyyətə gəldi.

Baydenin hakimiyyətə gəlməsi nə asan, nə də yumşaq oldu. Bu səbəbdən, Amerika arenasına rəhbərlik etməyə başladığı andan etibarən qarşısına iki məqsəd qoydu və görünür, ilk 100 gün ərzində performansının qiymətləndirilməsi hər iki hədəfdəki uğurun dərəcəsindən asılıdır. Baydenin əsas məqsədi Trampın səlahiyyət müddəti və Respublikaçılar Partiyasındakı təsir dərəcəsinə görə Demokrat və Respublikaçı ştatları Demokratlar və Respublikaçılar partiyası arasındakı şiddətli bölünmədən sonra amerikalılar arasında birliyə nail olmaq idi. Demokratlar partiyası daxilində də proqressivlər, mülayimlər və mühafizəkarlar arasında da bir bölünmə baş verir.

Buna ölkə daxilində ağlar və qaralar arasındakı böyük irqi ayrı-seçkilik də əlavə edilib. Qara və ağ dərili cəmiyyətlərin hər birində “qaraların və ya ağların həyatı vacibdir”, şüarını qəbul edən bir qrup var. Lakin bütün amerikalıların həyatının önəmli olduğunu düşünən bir qrup da var. Baydenin ilk 100 gündə amerikalıları birləşdirmə yolu iki istiqamətdə getdi: birincisi, 1,9 trilyon dollarlıq maliyyə paketi ilə korona böhranından çıxış. İkincisi isə hər kəsin ABŞ infrastrukturunu yenidən 2,3 trilyon dollarlıq bir paketlə bərpa etmək üçün geniş bir proqramda hər kəsi birləşdirmək. Bu iki paket Demokratların dövlət xərclərini artırmaq meylini görən Respublikaçıları daha da narahat edir. Respublikaçılar bunların qısa müddətdə amerikalılara xitab edə biləcəyi ehtimalı böyükdür Çünki onlar bu iki paketin uzun müddətdə bir fəlakət doğuracağını düşünürlər.

Beləliklə, bu iki böyük xərcləmə paketi və onlarla əlaqəli mübahisələr, eləcə də digər əsas münaqişə və qarşıdurma sahələrini əhatə etməsi Amerikanın bölünməsini daha da dərinləşdirdi. İlk 100 gün ərzində bütün parçalanma xarakterli problemlər gündəmə gətirildi.

Bunlardan birincisi, kölə kimi davranılan nənə və babalarına görə afro-amerikalılara təzminat ödənilməsi ilə bağlı müzakirələrdir. Məlum olduğu kimi, bu insanların çoxu (afrikalı amerikalılar) Demokratlar Partiyasına səs verirlər.

İkincisi də Demokratlar birdən-birə Vaşinqtonu ABŞ-ın 51-ci ştatına çevirməyə can atdılar və bu təklif həqiqətən Nümayəndələr Palatasında səs verildi və qəbul edildi. Məlum olduğu kimi, federal paytaxt daima dövlət xərclərini artırmağa üstünlük verən ən işlək federal məmurlar qrupuna ev sahibliyi etdiyi üçün məmurların əzici çoxluğu Demokratlar Partiyasına meyil etdi.

Üçüncüsü isə Demokratların öz maraqlarına uyğun başlatdığı hərəkatlardır. Bu hərəkatlardan birincisi odur ki, prezident bir qanunla bağlı səsverməni dayandırmaq üçün 2/3 səs çoxluğuna sahib olsa, Senatda “filibuster”i, yəni uzun danışmaq haqqını məhdudlaşdıra bilər. “Filibuster” əksər hallarda çoxluğun üstünlüyünün qarşısını almaq üçün bir vasitə kimi qəbul edilir. İkinci cəbhə isə Trampın gedərkən 6 mühafizəkar və 3 liberaldan ibarət Ali Konstitusiya Məhkəməsinin üzv sayının genişləndirilməsi barədə gedən müzakirələrdir. Burada konstitusional və nəzəri olaraq sayın artmasına mane olacaq heç bir şey yoxdur. Lakin bu, uzun müddətdir davam edən 9 üzvlü ənənədən uzaqlaşmaqla nəticələnəcək.

Aydın məsələdir ki, bütün bu tədbirlər Demokratların xeyrinədir. Çünki, bəlkə də, on illər boyunca seçkilərin balansını dəyişdirəcək. İndi Baydenin ABŞ-a gələn miqrantlara münasibətini də əlavə etsək, hazırda Meksika-ABŞ sərhədində çox sayda miqrant toplanmış vəziyyətdədir. Görünür, Demokratların niyyəti yalnız oyunun qaydalarını dəyişdirmək deyil, həm də seçicilərin demoqrafik quruluşunu özlərinin xeyrinə çevirməkdir.

Xarici siyasətdə Baydenin ilk 100 günlük fəaliyyəti ziddiyyətlərlə dolu idi. Seçki kampaniyası dövründə Qərb düşərgəsinə və ABŞ müttəfiqlərinə dəstək verəcəyini vəd etmişd. Əslində isə Əfqanıstandan çəkilməyə tək tərəfli qərar verdi, sonra da bunu Qərb müttəfiqlərinə bildirdi.

Əfqanıstandan bu qədər tələsik formada geri çəkilmənin beynəlxalq təhlükəsizliyi təhdid edəcəyinə inananlar da var. Əslində, bu düşüncə qısa müddətdə konkretləşdi. Çünki Taliban Kabil üzərində nəzarəti əldə etmək yolundaymış kimi davranmağa başladı. Ankarada keçirilməsi planlaşdırılan danışıqlar sessiyalarına qatılmadı və xarici qüvvələrin Əfqanıstandan dərhal çıxarılmasını tələb etdi. Digər tərəfdən, Baydenin diqqətini İranla nüvə anlaşmasına qayıtmağa yönəltdiyi bir zamanda “5 + 1” danışıqlarında tərəfdaş olan Çin və Rusiyaya qarşı manevrlər etməyə başladı.

Putini “qatil” olmaqda, Çini Honkonqda insan haqlarını pozmaqda günahlandırdı. Bir tərəfdən sanksiyaları ləğv edərək Tehrana güzəştlər etdi, digər tərəfdən də bölgədəki mülki vətəndaşlara qarşı hücumlarına baxmayaraq, husiləri terror təşkilatları siyahısından çıxardı.

Bu uyğunsuzluq Vaşinqtonun təkcə NATO müttəfiqləri ilə deyil, tarixən Yaxın Şərq bölgəsində ABŞ-a yaxın olan və İranın davranışlarından narahat olmaq üçün çox səbəbi olan ölkələrlə münasibətlərində böyük bir çaşqınlıq yaratdı. Bir sözlə, Baydenin ilk 100 günü çox da parlaq olmadı.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Bayden ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar