Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ANAMA rəsmisi: "3 milyon 600 min kv/m-dən çox ərazisi minalardan təmizlənib"

“İşğaldan azad edilmiş ərazilərin indiyə qədər təxminən 3 milyon 600 min kvadrat metrdən çox ərazisi minalardan təmizlənib. Həmin ərazilərdə 2 mindən çox tank əleyhinə, 4 mindən çox piyada əleyhinə minalar aşkar edilərək zərərsizləşdirilib”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Horadiz İnzibati mərkəzinin təmizləmə qrupunun əməliyyat meneceri Mədət Məmmədov deyib.

O bildirib ki, hazırda kommunikasiya xətlərinin keçdiyi ərazilər minalardan təmizlənir.

M. Məmmədov həmçinin qeyd edib ki, aşkar edilən minalar əsasən Rusiya istehsalı olan minalardır: “Piyada və tank əleyhinə olan minalar çoxluq təşkil edir. Ərazilərdə ən çox erməni istehsalı olan minalara rast gəlirik”.

ANAMA rəsmisi mülki əhaliyə müraciət edib: “Bu ərazilərə mülki əhalinin girişi qadağandır. Ərazidə olanların bilmədiyi, hərəkət etdiyi marşrutların hamısında minalar ola bilər və hər hansı bir hadisə baş verə bilər. Artıq bütün ərazilər polis və Daxili Qoşunların əməkdaşları tərəfindən nəzarət altındadır. Daha əvvəlki kimi mülki şəxslər bu ərazilərə gələ bilmir”.

M.Məmmədov erməni tərəfinin minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməməsinə də toxunub: “Qarşı tərəf minalanmış ərazilərin xəritəsini bizə vermədiyi üçün mina sahələrini aşkar etməkdə çətinliklər yaradır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar