Çərşənbə axşamı, 15 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Şahmar Vəliyevin şirkəti Məşğulluq agentliyindən 3,6 milyon manatlıq tender uddu

Dövlət Məşğulluq Agentliyi Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzi üçün inzibati bina və emalatxana sahəsinin icarəsinin satınalması müsabiqəsinə yekun vurub.

Valyuta.az xəbər verir ki, məbləği 3 milyon 600 min manat 17 qəpik olan tenderi “Rusel” şirkəti qazanıb.

Tenderin şərtlərinə görə,minimum 5 min kv.m sahəsi olan inzibati bina və emalatxana 120 ay, yəni 10 illiyə icarəyə götürülür.

Qeyd edək ki, 23.06.1994 tarixində yaradılan və hazırda nizamnamə kapitalı 55 min 324 manat 80 qəpik olan “Rusel” şirkətinin qanuni təmsilçisi Şahmar Rüstəm oğlu Vəliyevdir.

Qeyd edək ki, Şahmar Vəliyev hərbi prokuror Xanlar Vəliyevin və Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşıdır.

Vəliyevlər beş qardaşdırlar. Gəncə, Yevlax, Mingəçevir və Bakı şəhərlərində çoxsaylı biznes obyektlərinə sahib olan qardaşların biznes fəaliyyəti ölkə hüdudlarını aşaraq, Rusiya və Türkiyəyə də ayaq açıb. Onlar neft-qazma avadanlıqları, tikinti materialları istehsalından tutmuş, tikinti və daşınmaz əmlak sektorlarınadək ən müxtəlif sahələrdə təmsil olunurlar.

Mediada yayılan məlumatlara görə, qardaşlar arasında biznes portfelinin çeşidinin rəngarəngliyinə görə seçiləni Şahmar Vəliyevdir. O, dövlət əmlakının özəlləşdirilməsi prosesindən gərəyincə fayda götürüb. Mingəçivirdəki “Azneftemaş” ASC, “Yevlax-Mərkəzi Bazar”ASC, Bakıdakı “Bakı Mexanikləşdirmə-1” ASC-nin nəzarət səhm zərfləri ona və oğlu Ruslana məxsusdur. Açılışında prezident İlham Əliyevin qatıldığı Yevlaxdakı 5000 yerlik stadion, eləcə də “Karvan” idman klubu da onun aktivindədir.

Onun oğlu Ruslan Vəliyev aktivləri 10 milyon dollar həcmində dəyərləndirilən “Bakı Mexanikləşdirmə-1” ASC-nin əsas səhmdarı olmaqla yanaşı, daha bir neçə şirkəti də nəzarətdə saxlayır. Dövlət reyestr məlumatlarına əsasən, bunlar 2006-cı ildə yaradılan “R. Avadanlıq və Material Ehtiyatları” ASC, “İndependent” MMC (2001-ci il), “Bakı Mexanikləşdirmə-1” Mənzil Tikinti Kooperatividir (2017).

Maşınqayırma və neft-qazma sənayesi üçün avadanlıq istehsalı üzrə ixtisaslaşmış “Azneftemaş” zavodu 2016-cı ildə Şabran, SiyəzənXızı rayonlarının ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və bu ərazidə yeni suvarılan torpaqlarda tikinti işləri üzrə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tenderinin qalibi olub. Tenderin məbləği 228.4 milyon manat təşkil edib.

Bakıda, Xətai rayonu ərazisindəki 12 mərtəbəli “Rusel Plaza” da Şahmar Vəliyevindir. 2018-ci ildə təsis olunan eyni adlı MTK-sı, qida sektorunda çalışan “Rusel Catering” şirkəti, eləcə də “Happy Babies” uşaq bağçası var.

2017-ci ildən isə Şahmar Vəliyev Şimali Qafqazda sanatoriya biznesinə girişib. Oktyabr ayında Stavropol diyarında keçirilən Rusiya-Azərbaycan Regionlararası forumda “Azneftemaş” ASC-nin prezidenti Kislovodsk şəhərinin administrasiyası ilə “Rusel” adlanacaq sanatoriyanın tikintisi niyyətinə dair müqavilə bağladılar. Bu il başlanılması nəzərdə tutulan investisiya layihəsinə iş adamı 2 milyard Rusiya rublu (təqribən 53 milyon manat) yatırmağı düşünür. Layihəyə əsasən, bu il, yəni 2021-ci ildə tamamlanacaq sanatoriyada eyni vaxtda 420 nəfər müalicə oluna biləcək.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Özünə "DOST" əhaliyə DÜŞMƏN kəsilən ƏƏSMN-də "şirinliyin" elektron variantı

Dörd nəfərin ölümünə səbəb olan sürücünün hansı vəzifəni tutduğu məlum oldu - Foto

Prezident Daşaltı kəndində tunelin təməlini qoyub - Yenilənib, Foto

Dövlət Miqrasiya Xidmətini talayıb, indi Meriyanı dağıdan İntiqam Məmmədovun biznes dünyası - Siyahı

“Ərdoğanın Şuşaya səfəri günü bütün Ermənistan prezidentləri Xankəndidə olmalıdır” - Poqosyan

Ərdoğan-Bayden görüşündə masa üzərindəki maraqlı detal – Foto

“Hacıbala Abutalıbovu niyə həbs etmirlər?!” - Xalq artisti

“Nərminin otaqdan qaçmaq şansı yox idi” – İlkinin etirafedici ifadəsi

Ən çox oxunanalar