Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tarını silaha dəyişən şəhidimiz - Fotolar

Ağdam rayonunun Qaradağlı kəndindən olan şəhid İsizadə Elvin Azim oğlu musiqiçi idi. Asəf Zeynallı adına musiqi kollecində təhsil alan Elvin sevimli tarını silaha dəyişərək haqq savaşına qoşularaq Vətən müharibəsində iştirak edib. Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı istiqamətində gedən döyüşlərdə sərrast atıcı kimi düşmənə sarsıdıcı zərbələr endirib.

Şçəhidin atası Azim Quliyev oğlunun vətənpərvər gənc olduğunu, Vətən müharibəsində böyük ruh yüksəkliyi ilə döyüşdüyünü deyib: “Elvin 2018-ci ildə kollecə qəbul oldu. 2019-cu ildə könüllü olaraq hərbi xidmətə getdi. İstəyirdi ki, hərbi xidməti başa vurduqdan sonra təhsilini davam etdirsin. Konservatoriyaya da qəbul olmaq istəyirdi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Böyük ruh yüksəkliyi ilə döyüşürdü. Döyüş yoldaşları onun qorxmaz, cəsur əsgər olduğunu, sərrast atəş açdığını bildirirlər. Deyirdi ata, düşmən qaçır. Tezliklə qələbə qazanacağıq. Oktyabrın 26-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhid oldu".

Elvinin arzusu cəbhədən qayıtdıqdan sonra Konservatoriyada oxumaq, tar ifaçılığı üzrə tanınmış şəxs olmaq idi. Bütün arzularını, həmçinin canını Vətənə qurban verdi gənc musiqiçi.

Anası Gülbəniz Quliyeva da onun musiqi sahəsi üzrə istedadlı olduğunu deyir: “Elvin uşaqlıqdan hamının sevimlisi idi. Çox ağıllı, tərbiyəli, nümunəvi uşaq olub. Musiqiyə böyük maraq göstərirdi. Tar ifaçılığı üzrə fitri istedada malik idi. Böyük arzuları vardı. Arzuları yarımçıq qaldı. Bizim üçün çox ağırdır, amma onunla fəxr edirik. Ucadan ucadır, zirvədədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Könül Quliyeva qardaşı ilə bağlı şirin xatirələrinin olduğunu deyir: “Məktəbə bir gedib-gələrdik, dərslərimdə həmişə mənə köməklik edirdi. Nə çətinliyim olsa, yanımda olardı. Həmişə bir-birimizlə dərdləşərdik. Sanki dost idik. Şəhid olandan sonra dəfələrlə yuxuma girib, mənə təsəlli verib”.

Şəhid Elvin İsizadə Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda” və "Xocavəndin azad olunmasına görə” medallarla təltif edilib. (Azərtac)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Ən çox oxunanalar