Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir müavini: "Azərbaycan, Gürcüstan və Türkiyə arasında gömrük nəzarəti təkrarlanmayacaq"

Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri arasında bu gün Bakıda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair Sazişin icrası ilə bağlı bəzi işlərin 3 ay ərzində bitirməsi planlaşdırılır.

Bunu “Report”a eksklüziv açıqlamasında Türkiyənin ticarət nazirinin müavini Rıza Tuna Turagay deyib.

Onun sözlərinə görə, ölkələr arasında sadələşdirilmiş gömrük xidmətinin tətbiqini həyata keçirmək, əvvəlcədən məlumat mübadiləsini təmin etməklə risk analizlərinin paylaşılması planlaşdırılır: "Risk analizlərinin paylaşıldığı zaman nəzarət təkrarlanmayacaq, lakin effektiv və yerində nəzarət ediləcək. Hazırda Azərbaycan, Gürcüstan və Türkiyənin gömrük idarələri eyni nəzarəti həyata keçirir. Bu isə vaxt itkisinə səbəb olur.

Hazırda bunun infrastrukturu qurulur, bununla bağlı işlərin həyata keçirilməsi lazımdır ki, ticarətdə uğurlar əldə edək. Hər üç ölkənin gömrük idarələri bu istiqamətdə çalışırlar".

R. Turagay xatırladıb ki, Türkiyə, Azərbaycan və Gürcüstan hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin ilk iclası ötən ilin oktyabr ayında İzmirdə keçirilib, bu gün isə ikinci iclası Bakıda təşkil olunub: "Üçüncü iclasa qədər bu gün müzakirə edilən mövzuları izləyəcəyik. Sadələşdirilmiş gömrük xidmətləri ilə bağlı işlərimizi intensivləşdirəcəyik. Texniki şərtlər hazırlanacaq ki, buna uyğun infrastruktur qurulsun. Bu kimi işləri 3 ay ərzində bitirməyi planlaşdırırıq”.

Nazir müavini hesab edir ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşınan yükdaşımanın həcmi kifayət qədər qənaətbəxş deyil: “Bu gün Azərbaycan-Türkiyə-Gürcüstan arasında imzalanan saziş Bakı-Tbilisi-Qars dəmir yolu xəttində yükdaşımaların həcminin artırılmasına səbəb olacaq. Türkiyənin Ticarət Nazirliyi, İnfrastruktur Nazirliyi bu məsələyə çox önəm verir. Bakı -Tbilisi -Qars dəmir yolu xəttinin daha aktiv şəkildə istifadə edilməsini istəyirik. Gün ərzində 40-45 konteynerin daşınması kifayət deyil. Azərbaycanla Türkiyə arasında ticarətdə quru yollar əsas rol oynayır. Azərbaycanla həyata keçirdiyimiz ticarətin 80 %-ini quru yollarla həyata keçiririk. Dəmir yolu ilə ticarətin həcmi çox azdır və biz yükdaşımanın həcminin yavaş -yavaş artmasını gözləyirik”.

Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Ümumi uzunluğu 846 kilometr olan xəttin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar