Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclisin deputatının cangüdəni futbolçu Ceydon Sançoya irqçi hücum edib

Futbol üzrə Avropa Çempionatının bir neçə gün əvvəl keçirilən final oyununda uduzan İngiltərə yığma komandasının qaradərili üzvlərinə qarşı sosial media üzərindən irqçi hücumlar edənlərin arasında Azərbaycan Milli Məclisinin deputatının “cangüdəni” də yer alır. Virtualaz.org Sky News-a istinadla xəbər verir ki, Center for Countering Digital Hate (CCDH) şirkəti komandanın üç qaradərili üzvünə qarşı irqçi hücumlar həyata keçirən 99 akkauntu analiz edib. Bu hesablardan futbolçuların ünvanına İnstagram-da 100-dən çox irqçi şərh yazılıb.

Xatırladaq ki, finalda İngiltərə ilə İtaliya komandaları qarşılaşıb. Əsas və əlavə vaxtın 1-1 hesabı ilə başa çatdığı oyunda qalibi müəyyənləşdirmək üçün penalti zərbələri seriyası baş tutub. Qaradərili oyunçular Markus Reşford, Ceydon Sanço və Bukayo Saka zərbələri qaçırdıqdan sonra İtaliya qələbə qazanıb. Sosial mediada əksər şərhlər İngilis komandasına qarşı müsbət olsa da, üç oyunçu oyundan dərhal sonra irqçi şərhlər almağa başlayıb.

Britaniyanın Baş naziri Boris Conson İngiltərə futbol komandasında çıxış edən qaradərili futbolçulara qarşı irqçi hücumları qınayıb. Conson tvitter hesabında yazıb ki, “komanda sosial mediada irqçi hücumlara məruz qalmamalıdır, əksinə qəhrəman kimi təriflənməyə layiqdir. Bu dəhşətli irqçi ifadələrə cavabdeh şəxslər özlərindən utanmalıdırlar”.

Eyni şəkildə, London Şəhər Meri Sadiq Xan da tvitter hesabından futbolda və ya başqa bir yerdə irqçiliyə yer olmadığını deyib. O, cavabdeh şəxlərin məsuliyyətə cəlb edilməli olduğunu qeyd edib. İngiltərə futbolunun rəhbər orqanı olan Futbol Assosiasiyası da hər cür irqçiliyi və oyunçulara olan təzyiqləri qınayan bir açıqlama verib. Londonun polis idarəsi tvitterdə şərhlərdən xəbərdar olduğunu bildirib, onları qəbuledilməz adlandırıb və araşdırılacağını əlavə edib.

CCDH müəyyən edib ki, irqçi şərhlərin yazıldığı həmin 99 hesabdan cəmi 3-ü Böyük Britaniya ərazisində qeydiyyatdan keçib, qalanları isə xaricdədir. Şərhlərin dörddə biri anonim istifadəçilər tərəfindən yazılıb, qalanları isə öz hesablarından qaradərili futbolçulara irqçilər hücum ediblər. Məsələn, Ceydon Sançonun İnstagram paylaşımlarından birinin altına irqçi şərh və söyüş yazanlardan biri Azərbaycan Milli Məclisinin deputatının cangüdəni kimi özünü təqdim edir. Onun kimliyi məqalədə göstərilmir. Digər isə İrandan olan biznesmendir. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar