Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Laboratoriyadan qaçmasına icazə verilən virusların qarşısı alına bilərmi?..

Koronavirus ilə 1918-ci il qripi arasında hər hansı bir əlaqə ola bilərmi?...

Alişan Yıldıran
“Mecra” qəzeti, Türkiyə, 4 sentyabr 2020-ci il

Bu günkü koronavirus kimi boğularaq (daha çox cavanlarda) ölümə səbəb olan 1918-ci ildəki qrip epidemiyası ilə polio (uşaq iflici) epidemiyası arasında hər hansı bir əlaqə ola bilərmi? Torsten Engelbrektə görə, bu hal o dövrdə xüsusilə əsgərlərə tez-tez peyvənd vurulması ilə əlaqəli ola bilər, çünki təcrübələrdə həmin virusun tənəffüs yolu ilə keçmədiyi görülüb.

Corc Oruelin dediyi kimi, keçmişi idarə edən gələcəyi də idarə edə bilər. 20-ci əsri formalaşdıran ən vacib quruluşlardan biri olan “Fabian” Dərnəyinin üzvü Oruelin yuxarıda qeyd olunan ifadəsi həyatımızı tamamilə dəyişən koronavirus pandemiyasına oxşar hadisələrin əvvəllər olub-olmaması ilə bağlı yeni sualları gündəmə gətirir.

Ötən əsrdə poliovirusla başlayan “virus ovu” bu günkü koronavirusla əlaqəli ola bilərmi? Əvvəlcə qısa bir məlumat verək.

Virus (bioloji) yalnız canlı bir hüceyrədə çoxala bilən bir DNT və ya RNT hissəciyidir. Baltimor təsnifatına görə, pikornaviridae ailəsindən olan polio və koronavirus müsbət ssRNT viruslarıdır, qrip virusları isə ortomiksoviridae ailəsindəndir və koronaviruslarla ciddi dərəcədə yaxınlıq təşkil edirlər.

Bu yazıda uşaq iflicinin nə olması və necə yoluxması, əlil qalmaq dərəcəsi, nələrlə səhv salınması, hansı ekoloji amillərin bu xəstəliyə yol açması, peyvəndin təkmilləşdirilməsi ilə bağlı yarış və qalmaqallar (Dr. Salka Nobel verilməsi, Kennedi sui-qəsdi və AİDS-lə olan əlaqəsi) və peyvəndə görə yaranan hallar barədə danışmayacağıq. Ancaq virusun necə ortaya çıxdığını, kimin aşkarladığını, kimlərlə əlaqəli olduğunu və ABŞ-dakı epidemiyaların necə ortaya çıxdığını nəzərdən keçirməyə çalışacağıq.

Hər kəsin bildiyini əksinə olaraq, polio 20-ci əsrə qədər bilinməyən bir xəstəlik idi və ABŞ-da ilk dəfə 1907-ci ildə, sonra 1916 və 1950-ci və böyük epidemiyalara səbəb olmuşdu. Şəkil 2-də bu vəziyyət və xəstəliyin çox qısa müddətdə yox olması göstərilir.

Bəs necə oldu ki, bu virus birdən-birə ortaya çıxdı?

Daha sonra 1908-ci ildə Vyanadakı Rokfeller İnstitutuna köçürüləcək olan Karl Landştayner və Ervin Popper poliovirusun dolayı yolla ilk dəfə uşaqdan meymuna transfeksiya ilə keçdiyini göstərdilər. Həmin illərdə bu mövzuda çalışan başqa bir heyət isə Rokfeller İnstitutundan Saymon Fleksner və Paul A. Levis idi. Fleksner 35 il Rokfeller İnstitutunun direktoru olub və Landştayneri də o dəvət etmişdi. Qardaşı Abraham isə məşhur Fleksner hesabatını hazırlayan, tibbi və tibbi təhsilini Rokfellerin mülkünə çevirən şəxs idi.

Çox qəribədir ki, tarixdə ilk epidemiya eyni virus üzərində insan və heyvan təcrübələri aparıldığı zaman baş verib. Qeyd edək ki, 1901-ci ildə Rokfeller İnstitutu qurulduqdan dərhal sonra Somerset ştatındakı Klayd fermasında heyvan qətliamlarına qarşı etiraz etməsi ilə gündəmə gəlmişdi.

Tarixin ilk böyük polio epidemiyası

Tarixdəki ilk böyük polio epidemiyası 1916-cı ildə Nyu-Yorkda və ətraf ştatlarda meydana gəlmiş və 23.000 yoluxma, 5.000 ölüm halı olduğu bildirilmişdi. Onların təxminən yarısı Nyu-Yorkda, əksəriyyəti isə Bruklində idi. Bu məlumatı əldə etdiyimiz məqalənin müəllifi Harold V. Uayt məqaləsinə çox maraqlı bir giriş yazıb: “Geniş epidemioloji tədqiqatlar aparılsa da, virusun mənbəyi barədə heç bir fikir mübadiləsi aparılmayıb!”

Dəqiq sübut edilə bilməsə də, yoluxmaların konsentrik yayılmasını göstərən qrafikdə mərkəz Rokfeller İnstitutunun dərhal altındadır. Yəni virusun buradan yayıla biləcəyi ehtimal olunur.

Laboratoriyada qəsdən yaradılmış virus

Poliovirusla əlaqəli başqa məqalələri də olan Uaytın bir digər məqaləsi isə yoxsulların daha çox diqqətini çəkib. “Poliomielitin unudulmuş bir cəbhəsi: Genetik meyillər” adlı bu yazıda iflic olan uşaqların 0,5%-nin eyni uğursuz ailələrdən olduqları və bu ailələrin çoxunun da qohum olduğu aşkarlanıb. Üstəlik, bu ailələrin əksəriyyətinin evli olduğu, yəni genetik meyillərinin (əsas da immun çatışmazlığı) hələ o zamandan bilindiyi və bu barədə də Con R. Paulun 1971-ci ildə yazdığı “Poliomielitin hekayəsi” adlı kitabında bəhs etdiyi bildirilir.

O, eyni zamanda, çox maraqlı bir cümlə də işlədib: “Uşaq iflici və ya buna bənzər viruslar laboratoriyalarda şübhə doğurmayan mənbələrdən qaça bilər, bilərəkdən istehsal edilə bilər, digər enteroviruslardan mutasiya edə bilər və ya ətraf dünyada yatmış vəziyyətdə qala bilər”. Bu cümlənin açıqlaması isə budur ki, virus laboratoriyada qəsdən istehsal edilmiş və ya dəyişdirilmiş ola bilər.

Hələ 1934-cü ildə həkim W. Loyd Aykok tonzillektominin (ikinci immun çatışmazlığı) bulbar poliomielitə (polionun ölümcül forması) səbəb olduğunu və polio peyvəndinin uşaqlar üçün çox təhlükəli olduğunu deyib.

Bu virusun H1N1 olduğunu o dövrdə ölən insanların biopsiya nümunələrindən virus genomunu çıxaran Cefri Taubenberger bunlardan danışmasa da, virusun anormal dərəcədə ölümcül olduğunu (ölüm nisbəti 2,5%, adi qripdə isə 0,1%-dir) düşünürdü.

“Bütün bunları bilmədən və ya fərqli bir şəkildə öyrənərək həqiqəti əldə edilə bilərikmi?” sualına bir cavab tapıla bilərmi? Yaxud da əksinə, yaradılan bu problemlərin qarşısını almaq mümkün olacaqmı?

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Ən çox oxunanalar