Bazar ertəsi, 25 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Dünyanın ən cəsur adamı”nı yaradan adam... - Gözdən əlil insanları uğura aparan məşqçi

Leyla Məhəmmədi
Yazıçı-jurnalist, Cənubi Azərbaycan

Gözdən əlil uşaqları öyrətməklə məşğul olan, onları cəmiyyətə qazandırmaq, idman məkanlarına cəlb etmək və qlobal miqyasda tanıtmaqla məşğul olan cənublu bir idman müəlliminin hekayəsidir.

***

Əhməd Jilo İranın Zəncan əyalətindəki idman məktəblərindən birində məşqçidir. O, İranda və dünyada tamamilə gözdən əlillər üçün nəzərdə tutulan konki sürmə idmanının ixtiraçısıdır. Artıq neçə müddətdir ki, o, idman sahəsində gözdən əlillərin bu fitri istedadlarının üzə çıxarılmasına çalışır.

Əhməd şəhərlərdə, eləcə də ucqar kəndlərdə öz hesabına gözdən əlil tələbələrə təlim keçir, futbol, badminton, konki və xizəksürmə üzrə onların bacarıqlarının üzə çıxarılmasına çalışır.

O, 3 ildir Ərəb Əmirliklərinin "İranian" klubunda tələbələrə badminton, futbol və konkisürmə üzrə məşq etdirdiyini, eləcə də ucqar kəndlərdə bacarıqlı uşaqların üzə çıxarılmasına çalışdığını deyir.

Əhməd Jilo gözdən əlil konkisürənlər arasında dünyanın ən cəsur qızı kimi tanınan İlahə Qoli Falahın da məşqçisidir. İ.Q.Falah təxminən 5 illik ağır məşq prosesindən sonra bu ada nail olub.

Əhməd Jilo deyir ki, bir dəfə Zəncandan Tehrana gedən avtobusda konki sürmək istəyən 22 yaşlı zəncanlı gözdən əlil oğlanla tanış olur. Adı Məcid olan həmin oğlan konki sürməyi sevdiyini deyir və Əhməddən “Müəllim, mən də konki və ya xizək sürə bilərəmmi?”, deyə soruşur. “Onunla məşqlərə başladıq. Olduqca istedadlı idi, amma bir neçə aydan sonra ailəsinin vəziyyəti üzündən o məşqlərə davam edə bilmədi”, - Əhməd Jilo deyir.

O, bir müddət sonra görmə qabiliyyətini tamamilə itirmiş 15 yaşlı İlahə Qoli Fallah ilə tanış olur: “İlahəyə onu məşhur idmançı etmək istədiyimi dedim. İnanmadı, söylədi ki, görmə qabiliyyəti yoxdur, bacarmaz! Dedim ki, istəsən bütün əngəlləri aşar, öyrənərsən. Bir həftəlik məşqdən sonra o məndən yenə soruşdu: "Bunu niyə mənə öyrədirsən, belə halda mən necə yarışa bilərəm?”. O vaxt nə deyəcəyimi bilmirdim! Onu ruhdan salmamaq üçün ona “İlahə, sən Olimpiadanın bayraqdarı olacaq və Paralimpiya medalını qazanacaqsan”, dedim.

“İlahəni idmanda nəyin bahasına olursa-olsun saxlamaq istəyirdim. Məşq zamanı, küçədə, yolda, idman zalında - hər yerdə yanında idim. Bəzən xərcləri özüm çəkmək məcburiyyətində qalırdım. Bir müddət sonra isə onun adının duyurmağın vaxtı çatdığını düşündüm. Bu məqsədlə bir neçə aylıq interval ilə Zəncandan Soltaniyə olan 42 km-lik, Zəncandan Hedcəyə olan 72 km-lik və Zəncan hava limanından mərkəzə qədər olan 41 km-lik marşrutlarla hərəkət elədik.

İlahəyə dedim ki, konki sürməyi yaxşı və peşəkar şəkildə öyrənsə, yaxşı xizəkçi də olacaq, çünki iki çubuqla qar üzərində sürüşmək konkisürənlər üçün çətin iş deyil!
İdman, eləcə də psixologiya sahəsində təcrübələrimin hamısını İlahəyə tətbiq etməyə çalışdım və xoşbəxtlikdən uğur qazandım”, - o deyir.

Bu yüksək səviyyəli azərbaycanlı məşqçinin tələbəsi hazırda İranın ilk gözdən əlil qadın xizəkçisidir və İran əlillərinin xizək sürmə milli komandasının Qış Paralimpiadasına vəsiqə qazanan yeganə gözdən əlil üzvüdür. Bu uğuru onun məşqlərinin ilk həftələrində müəllimi Əhməd proqnozlaşdırmışdı.

Yaponiyada keçirilən 2018-ci il Pyongyang Paralimpiya Qış Oyunlarından təxminən dörd ay sonra, İlahə Almaniyanın Bonn şəhərində yerləşən Beynəlxalq Paralimpiya Komitəsi tərəfindən “Dünyanın ən cəsur adamı” seçildi və 2019-cu ildə Cəsarət medalı aldı.

Hazırda Zəncanın kəndlərindən birində yaşayan Əhmədin digər tələbəsi 4 ay badmintonda məşq etdikdən sonra Bəhreyndə keçiriləcək Asiya Oyunlarına hazırlaşır. Əhməd onun uğur qazanacağına şübhə etmir, çünki onun təlimləri müəllimlik fəaliyyəti dövründə qazandığı elmi və praktiki təcrübənin nəticəsidir.

Əhməd Jilonun ən böyük arzularından biri Azərbaycan Respublikasında olmaq və gözdən əlil azərbaycanlılar arasında bacarıqlı idmançılar tapıb yetişdirməkdir. O, Azərbaycanda idmana göstərilən qayğıya nəzərə alaraq konkisürmə sahəsində də paralimpiyaçıların yetişəcəyinə ümidvardır və bu yolda əlindən gələn dəstəyi göstərməyə hazırdır.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

İcra başçısı maşınla adam vurub, hadisə yerindən qaçıb

İntihar edən qız polkovnikin nəvəsidir: Bloqqer imiş- Foto

Zina edənlər həbs edilsin - Tanınmış aparıcı

Kamran Həsənli və Erkin Qədirli arasında gərginlik yaranıb – Video

Heç kim bilmir - Tərkibində isə süddən 25 dəfə çox kalsium, spanaqdan 15 dəfə çox dəmir var...

Hafiz Hacıyev süni nəfəs aparatından ayrıldı - Yenilənib

Şeyxin "Azərbaycan" sözünü düzgün yaza bilməyən deputat qardaşı məsxərəyə qoyuldu - Foto

Ərdoğan Türkiyəni dünyanın hədəfinə çıxardı

“Mahmudov və 40 quldur” seriyasından: İş adamından 2 milyon dolların qoparılması...

Ayətullah Xameneyi Azərbaycan dilində səhifələr açdı

Ermənilər Sibirdə Hüseyn Cavidi bu cür öldürüb

Ən çox oxunanalar