Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlılar səfirliyə hücumla bağlı Britaniya parlamentinə və daxili işlər nazirinə müraciət edib

Britaniya Azərbaycanlılarının Koordinasiya Şurası Londonda Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinə radikal dini qrupun hücumu ilə əlaqədar bu ölkənin parlamentinə və daxili işlər naziri Priti Patelə müraciət edib.

Bu barədə PİA.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Müraciətdə Azərbaycanın tolerant ölkə olduğu və hər cür radikallığa qarşı olduğu vurğulanır, Birləşmiş Krallıqda yaşayan Azərbaycan icmasının Londonun mərkəzi küçələrindən birində yerləşən Azərbaycan səfirliyinə edilmiş hücumu şiddətlə qınadığı, bu vandalizm aktının beynəlxalq hüquq normalarını, eləcə də Vyana Konvensiyasını kobudcasına pozduğu, Azərbaycanın dövlət atributlarına və ərazisinə təcavüz olduğu bildirilib: “Biz bunu qətiyyətlə pisləyirik. Bu cür əməllər xalqımızın radikal dini ideologiyaya və onların tətbiq etməyə çalışdığı zülmə qarşı birgə mübarizə əzmini daha da gücləndirəcək”.

Bu təxribatın diplomatik nümayəndəliyin təhlükəsizliyinin təminatı məsələsindəki boşluğu üzə çıxardığı və ev sahibi ölkənin beynəlxalq hüquqi öhdəliklərinə uyğun olaraq təhlükəsizlik tədbirləri görməli olduğu qeyd edilir: “Azərbaycan Respublikası hər cür dini ekstremizmə qarşı çıxan tolerant, dünyəvi dövlətdir. Bu hücum Azərbaycanın Cənub-Şərqi Avropaya tədarük təmin etmək üçün neft-qaz sektorunda Aİ ilə əlaqələrini daha da inkişaf etdirməsi və Aİ-nin himayəsi altında ErmənistanAzərbaycan arasında sülh danışıqlarının həlledici mərhələyə çatması ilə eyni vaxta təsadüf edir, böyük ehtimalla bu imkanları sıradan çıxarmaq, Birləşmiş Krallıqla Azərbaycan arasında gündən-günə inkişaf edən münasibətləri korlamaq və Böyük Britaniyanı qeyri-sabit ölkə kimi təqdim etmək məqsədi daşıyır”.

Böyük Britaniyada yaşayan azərbaycanlılar ölkədə diplomatik-siyasi sabitliyin bərpa olunması məqsədilə radikal kriminal qruplasmanın üzvlərinin ölkədən çıxarılmasını tələb ediblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Ən çox oxunanalar