Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlərin sərvəti ilin əvvəlindən 14,89 milyard dollar artıb...

2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar artıb.

Poliqon xəbər verir ki, belə məlumatla Bloomberg Billionaires Index (BBI) çıxış edib.

Bloomberg Milyarderlər İndeksində qeyd olunur ki, “Eurochem” və “SUEK”in keçmiş benefisiarı Andrey Melniçenko sərvətini daha çox artırıb. Melniçenkonun sərvəti 5,34 milyard dollar artaraq 24,2 milyarda çatıb. O, reytinqdə altıncı yeri tutub və ardıcıl ikinci ay ruslar arasında bu göstərici üzrə lider olub.

Rusiyalı sahibkarlar arasında ən zəngini “Interros” holdinqinin və “Norilsk Nikel”in prezidenti Vladimir Potanin olaraq qalır. Potanin sərvəti ilin əvvəlindən 255 milyon dollar artaraq 31,3 milyard dollara çatıb. İkinci və üçüncü yerləri “Lukoyl”un ortaq sahibi Vahid Ələkbərov və NLMK benefisiarı Vladimir Lisin bölüşdürüb.

Xatırladaq ki, BBI reytinqinə dünyanın ən zəngin 500 adamı daxildir. İndi bu siyahıya 26 rusiyalı daxildir. Onların ümumi sərvəti mayın 1-nə 348,72 milyard dollara çatıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Paşinyan Ermənistanda kilsə islahatları apara bilər?

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Bakıda axtarışda olan şəxs hava limanında saxlanılıb

Zelenski: Tərəfdaşlar Rusiyanın müharibədə uduzmasından qorxurlar...

İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər

Ən çox oxunanalar