Çərşənbə axşamı, 11 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Si Tinpinin səfəri Avropa Aİ-dəki fikir ayrılıqlarını artırıb

Çinin dövlət sədri Si Tsinpinin Avropaya səfəri Avropa İttifaqı daxilindəki fikir ayrılıqlarına diqqət çəkib...

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı analitiklərə istinadən məlumat yayıb.

“Pekinin maqnit cazibəsi Belqrad və Budapeştdə nümayiş etdirildi, küçələr Çin bayraqları ilə bəzədildi. Si Tsinpin və həyat yoldaşı Pen Liyuan hər iki şəhərin hava limanına enərkən milli rəqqaslar onalrın qarşısında çıxış edirdiilər və Parisdə cütlüyün səssiz qəbulundan fərqli olaraq, Serbiya Prezidenti Aleksandar Vuçiç və Macarıstanın Baş naziri Viktor Orban Çin liderini qarşılamaq üçün hazır idilər”, deyə telekanal vurğulayıb.

CNN qeyd edir ki, digər Avropa liderləri Sini belə səmimi qarşılamayıblar. Fransa prezidenti Emmanuel Makron və Avropa Komissiyasının sədri Ursula fon der Leyen Çin liderinə təzyiq göstərməyə çalışıblar və həmçinin onun Rusiya Prezidenti Vladimir Putinlə görüşünü “yaxından izləyəcəklərini” söyləyiblər.

Asiya Cəmiyyəti Siyasəti İnstitutunun Çin Təhlili Mərkəzinin baş əməkdaşı Filip Le Korre CNN-ə bildirib ki, Si Tsinpinin Avropa marşrutuna Serbiya və Macarıstanın daxil edilməsi “Paris üçün utancvericidir”. Digər tərəfdən, Çin ictimai rəyinə ÇXR-in “Avropada yaxın dostları” olduğunu göstərib.

“Macarıstan və Serbiya Çinin iş görə biləcəyimiz həqiqi dostlardır”, deyə analitik əlavə edib.

Çin sədri Si Cinpinin Budapeştə səfərindən sonra Macarıstan və Çin arasında münasibətlərin yeni səviyyəyə yüksəldiyi bildirilib. Berlindəki “Meriks” analitik mərkəzinin nümayəndəsi Abiqail Vasselye qeyd edib ki, Macarıstan Çinin “ən yaxın dostları dairəsinə” daxil olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN əməkdaşı sükan arxasında olan iş yoldaşını güllələdi

DSX-nin ildırım vurması nəticəsində həlak olan hərbçisi Gəncədə dəfn edilib - Yenilənib

Özəlləşdirmə çekləri ilə bağlı deputatlara, YAP funksionerlərinə və ziyalılara müraciət

"Azərbaycanfilm"-in direktoru və müavini vəzifələrindən azad edildilər

Yevlaxda toy mərasimində gənc oğlan qətlə yetirilib - Təfərrüat, Yenilənib

Fransada növbədənkənar seçkilər - Makron bu sınaqdan sağ çıxacaqmı?

Respublika üzrə pensiyaların ödəniləcəyi vaxt açıqlanıb

Keçmiş SSRİ ölkələrinin ən bahalı futbolçusu məlum olub

Vətəndaşın 3 qəpiyinə göz dikən Aydın Talibovun deputatlıq arzuları...

İranda prezidentliyə 6 namizəd... - Kim daha şanslı görünür?

Ən çox oxunanalar