Bazar, 02 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Azərbaycan beynəlxalq hüququn yanında olan dövlət kimi Fransaya yaxşı dərs verir...

Cənubi Qafqazada separatizmi dəstəkləyən və benəlxalq qanunlara əhəmiyyət verməyən Fransanın Yeni Koledaniyada atdığı addımlar beynəlxalq qaydalara nə qədər uyğundur?..

Azər Qasımov: “Fransa tarixin və müasir dünyanın müstəmləkə ayıblarından utanmaq, bunun cavabını dünya ictimaiyyətinən almaq əvəzinə kanak xalqının öz azadlığı uğrunda mübarizəyə qalxmasının günahını Azərbaycanda axtarır”.

“Fransanın Azərbaycana qara yaxması Makron hakimiyyətinin özünü kiçik düşürməsidir. Etdiyinin arxasında dura bilməyən dövlət böyük güc statusuna iddia edə bilməz”.

Bu sözləri politoloq Azər Qasımov Yeni Kaledoniya baş verən iğtişaşları Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi Yeni Kaledoniya xalqı azadlıq istəyir, buna görə də aksiya keçirirlər. Artıq 4-cü gündür ki, bu Sakit okean ada ölkəsində iğtişaşlar davam edir. Maraqlıdır ki, Fransanın daxili işlər naziri Jerar Darmanenin iğtişaşalara görə Azərbaycanı günahlandırıb və bildirib ki, iğtişaşlarda Azərbaycanın barmağı var və oradakı separatçılar Azərbaycanla hansısa məsələlərdə sövdələşməyə gedib.

Bu iddialar nə qədər absurd olsada, rəsmi Parisdən belə bir açıqlama verilməsi həm də Fransanı kiçik düşürmürmü? Cənubi Qafqazada separatizmi dəstəkləyən və benəlxalq qanunlara əhəmiyyət verməyən Fransanın Yeni Koledaniyada atdığı addımlar beynəlxalq qaydalara nə qədər uyğundur?

Fransanın Azərbaycana qarşı irəli sürdüyü absurd iddianı Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Fransadan 17 min kilometr uzaqlıqda öz milli azadlığı uğrunda mübarizə aparan kanak xalqı əgər separtçıdırsa, onda Qarabağ erməniləri bəs nə idi?”.

Kaledoniya xalqı olan kanakların fransız müstəmləkəsi altında yaşamaq istəmədiklərini qeyd edən politoloqPoliqon-a açıqlamasında qeyd edib ki, bunun Azərbaycana nə dəxli var:

“Fransa tarixin və müasir dünyanın müstəmləkə ayıblarından utanmaq, bunun cavabını dünya ictimaiyyətinən almaq əvəzinə kanak xalqının öz azadlığı uğrunda mübarizəyə qalxmasının günahını Azərbaycanda axtarır. Kaledoniya xalqı olan kanaklar fransız müstəmləkəsi altında yaşamaq istəmirlər. Bunun Azərbaycana nə dəxli var. Azərbaycan onların hüquqlarının qorunması üçün kanak xalqının səsini dünyaya çatdırır.

Fransanın daxili işlər nazirinin açıqlaması isə absurddur. Öz günahlarını ört-bastır etməyə hesablanıb. Fransadan 17 min kilometr uzaqlıqda öz milli azadlığı uğrunda mübarizə aparan kanak xalqı əgər separtçıdırsa, onda Qarabağ erməniləri bəs nə idi? Fransa onlara dəstək verəndə fikirləşmirdimi ki, özlərinin başına belə oyunların gəlməsi daha realdır, xüsusən də, məsələlərin mahiyyəti ayrı olsa da.

Azər Qasımov: “Görünən odur ki, Azərbaycanın beynəlxalq arenada nüfuzu elə səviyyəyə çatıb ki, Fransa kimi dövlət Azərbaycanın onun iç üzünü ortaya çıxaracağından narahatdır”.

Fransa prezidenti Makron Yeni Kaledoniya xalqı üzərinə ordu göndərib. Ordan gələn kadrlardan da görünür ki, fransız ordusu çox böyük vəhşiliklər törədib. Fransızlar vəhşilik etməyi yaxşı bilir. Əlcəzairdə milyondan çox xalqı qıraraq soyqırım etdikləri bütün dünyaya bəllidir.

Fransanın Azərbaycana qara yaxması Makron hakimiyyətinin özünü kiçik düşürməsidir. Etdiyinin arxasında dura bilməyən dövlət böyük güc statusuna iddia edə bilməz. Görünən odur ki, Azərbaycanın beynəlxalq arenada nüfuzu elə səviyyəyə çatıb ki, Fransa kimi dövlət Azərbaycanın onun iç üzünü ortaya çıxaracağından narahatdır. Azərbaycan hər zaman beynəlxalq hüququn yanında olan dövlət kimi Fransaya yaxşı dərs verir”.

Nərminə UMUDLU
Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hər saata veriləcək dəyər: Maaşlar nə qədər artacaq?

Elgizlə Rüfət üz-üzə: "Səni yıxıb sürüyəcəm"

Bəy toyuna bir gün qalmış faciəvi şəkildə öldü - Foto

Fərid Mehralızadə barəsində həbs qətimkan tədbiri seçilib

Bakıda peyda olan azyaşlı dəstədən tükürpədən olay: Qanlı kağıza təhdid yazıb həyətlərə atdılar

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı saxlanılanların növbəti məhkəmə iclası keçirilib

Şuşada türkdilli dövlətlərin nazirlərinin elm və təhsil sahəsində növbəti iclası keçirilib - Yenilənib

Əmrə Bələzoğlu Azərbaycan millisinin baş məşqçisi ola bilər

Ən çox oxunanalar