Çərşənbə axşamı, 11 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan: Mindən çox HƏMAS üzvü Türkiyədə müalicə olunur...

Türkiyə lideri Fələstin radikallarını “müqavimət hərəkatı” adlandırıb...

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Fələstinin Həmas qruplaşmasının 1000-dən çox üzvünün Türkiyə daxilində xəstəxanalarda müalicə olunduğunu bildirib.

Poliqon xəbər verir ki, bu barədə İsrailin The Times of Israel qəzeti məlumat yayıb. Nəşr qeyd edir ki, Ərdoğan eyni zamanda qrupu “müqavimət hərəkatı” adlandırıb.

Ankarada Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ilə danışıqlardan sonra mətbuat konfransında danışan Ərdoğan, həmçinin Yunanıstanın HƏMAS-a terror təşkilatı kimi yanaşmasından kədərləndiyini bildirib. “The Times of Israel” yazır ki, fələstinli yaraqlılar 2011-ci ildən bəri Türkiyədə ofis saxlayırlar.

İsrail nəşrinin yazdığına görə, HƏMAS hərəkatı bu ofisi Ankaranın qruplaşmaya İsrail əsgəri Qilad Şalitin azad edilməsi ilə bağlı razılığa gəlməsinə kömək etdikdən sonra açıb. Yaraqlılar onu təxminən beş il əsir saxlayıb və 400-dən çoxu terrorizm və 600 israillinin qətlində ittiham olunaraq məhkum edilmiş 1027 fələstinli məhbus müqabilində azad ediblər.

Qeyd edək ki, HƏMAS bir sıra ölkələr, o cümlədən İsrail, ABŞ, Böyük Britaniya, Avstraliya və Kanada, həmçinin Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN əməkdaşı sükan arxasında olan iş yoldaşını güllələdi

DSX-nin ildırım vurması nəticəsində həlak olan hərbçisi Gəncədə dəfn edilib - Yenilənib

Özəlləşdirmə çekləri ilə bağlı deputatlara, YAP funksionerlərinə və ziyalılara müraciət

"Azərbaycanfilm"-in direktoru və müavini vəzifələrindən azad edildilər

Yevlaxda toy mərasimində gənc oğlan qətlə yetirilib - Təfərrüat, Yenilənib

Fransada növbədənkənar seçkilər - Makron bu sınaqdan sağ çıxacaqmı?

Respublika üzrə pensiyaların ödəniləcəyi vaxt açıqlanıb

Keçmiş SSRİ ölkələrinin ən bahalı futbolçusu məlum olub

Vətəndaşın 3 qəpiyinə göz dikən Aydın Talibovun deputatlıq arzuları...

İranda prezidentliyə 6 namizəd... - Kim daha şanslı görünür?

Ən çox oxunanalar