Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təkrar seçkilər nə vaxt keçiriləcək?

Nəticələri ləğv olunmuş dairələrdə təkrar seçkilər koronavirus pandemiyasından sonra keçirilə bilər...

PİA.az xatırladır ki, fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 4 daiərnin nəticələri ləğv edilib. Bunlar 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü,  74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələridir.  

Bu dairələrdən müvafiq ardıcıllıqla hakim Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, YAP Siyasi Şurasının üzvü Hadı Rəcəbli və keçmiş deputat Çingiz Qənizadə qalib elan edilmişdi.

Seçki qanunverciliyində təkrar seçkilərin keçirilmə müddəti ilə bağlı konkret müddəa yoxdur. Buna baxmayaraq, gözləntilər var idi ki, təkrar seçkilər may ayında keçiriləcək. 

Doğurudur, bu barədə rəsmi açıqlama yox idi. Lakin hər kəs düşünürdü ki, təkrar seçkilərin keçirilməsi yubadılmayacaq. Artıq iyul ayıdır və hələ təkrar seçkilər barədə danışan yoxdur. Bunun da obyektiv səbəbləri var. Azərbaycan koronavirus infeksiyasının təhdidi ilə üz-üzədir. Hazırda ölkə bu infeksiya ilə mübarizəyə köklənib. Yoluxmanı lokallaşdırmaq üçün kütləvi tədbirlər ləğv edilib. Seçkilər də kütləvi tədbirlər kateqoriyasına daxildir. Bu baxımdan, hesab edilir ki, pandemiya davam etdikcə təkrar seçkilərin keçirilməsi gündəmə gətirilməyəcək. 

Seçkiləri digər tədbirlər kimi virutal formada keçirilməsi də mümkün deyil. İndiyə qədər belə bir təcrübəyə rast gəlinməyib. Onu da nəzərə almaq lazımdır nəticələri ləğv edilən dairələrdə ciddi rəqabət var. Həmin dairənin qalibləri və onların əsas rəqibləri növbəti dəfə seçkiyə qatılacaqlarını bəyan ediblər. Bu isə təkrar seçkilərin kifayət qədər gəgin keçəcəyindən xəbər verir. Belə bir vəziyyətdə virtual seçki keçirmək əlbəttə ki, qəbul edilməyəcək. O halda yalnız bir yol qalır: Seçkiləri pandemiyadan sonra keçirmək. Bəzi ehtimallara görə,  təkrar seçkilər virus lokallaşdırıldıqdan, yoluxma sayı minimuma enəndən sonra da keçirilə bilər. 

Məlumat üçün deyək ki, təkrar seçkilərin vaxtı Prezident sərəncamı ilə təyin edilir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Ən çox oxunanalar