Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsil Nazirliyinin kadr siyasəti - Pul yığdığına görə töhmət alan şəxs yenidən direktor təyin edildi...

Nəcibə Axundova rüşvətə görə töhmət aldı və işdən azad edildi, Emin Əmrullayev isə onu yenidən 34 nömrəli məktəbə direktor təyin etdi...

Təhsil eksperti: “45 nömrəli məktəbdə əvvəlki direktorun vaxtından kifayət qədər neqativ hallar formalaşmışdı. Bu neqativ hallar Nəcibə xanımın dövründə də tamamilə aradan qaldırıla bilmədi”.

“Elm və Təhsil Nazirliyi Nəcibə xanıma yenidən şans verdi. İnanıram ki, o bu etimadı, şansı doğruldacaq”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov töhmət alan direktorun yenidən direktor təyin edilməsini PİA.az-a şərh edərkən qeyd edib.

Valideynlərdən pul tələb etməsilə bağlı səs yazısı yayılan 45 nömrəli məktəbin direktoru Nəcibə Axundova şiddətli töhmət veriblər və daha sonra onu 34 nömrəli məktəbə direktor təyin ediblər.

Təhsil Nazirliyinin belə kadr siyasətini pedoqoji və ictimai baxımdan necə dəyərləndirmək olar?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Kamran Əsədov ilə müzakirə edib.

Kamran Əsədov: “İnanıram ki, yeni məktəb Nəcibə xanımın rəhbərliyi altında daha da böyük uğurlar əldə edəcək”.

45 nömrəli məktəbdə bir sıra müəllimlərin şagirdlərdən əsassız pul yığmaq hallarının əvvəldən olduğunu nəzərə çatdıran ekspert PİA.az-a bildirib ki, təəssüflər olsun bu proses orada başa çatmadı:

“İlk növbədə qeyd edim ki, Nəcibə xanım Azərbaycan təhsil tarixində kifayət qədər müsbət obrazı ilə yadda qalıb. Belə ki, o 45 nömrəli məktəbə direktor təyin olunana qədər Azərbaycan Dövlət Pedaqoji Universitetində tədrislə məğlub olub. Eyni zamanda Nəcibə xanım tədqiqatla da məşğul olub. Çox təəssüflər olsun ki, 45 nömrəli məktəbdə Nəcibə xanımın fəaliyyəti xoşagəlməz bir halnan üzləşdi.

Qeyd edim ki, 45 nömrəli məktəbdə əvvəlki direktorun vaxtından kifayət qədər neqativ hallar formalaşmışdı. Bu neqativ hallar Nəcibə xanımın dövründə də tamamilə aradan qaldırıla bilmədi. Həmin məktəbə bir sıra müəllimlərin şagirdlərdən əsassız pul yığmaq halları var idi. Eyni zamanda bir çox müəllimlər dərs saatına, şagirdlərin məktəbdə davamiyyətinə görə əvvəlki direktorun vaxtından olan şagirdlərdən pul yığmaq qaydasını hələ də saxlamışdılar. Çox təəssüflər olsun ki, bu proses orada başa çatmadı.

Onu da qeyd edim ki, Nəcibə xanım 45 nömrəli məktəbə direktor təyin olunandan sonra məktəb kifayət qədər uğurlar əldə edib. Məktəbin şagirdlərinin ali təhsil müəssisələrinə qəbulu Nəcibə xanımın direktorluğu dövründə müsbətə doğru dəyişib. Eyni zamanda 9-10-cu siniflərin buraxılış imtahanlarının nəticələrində 45 nömrəli məktəb kifayət qədər ciddi irəliləyiş əldə etmişdi. Həmçinin Nəcibə xanımın rəhbərliyi dövründə 45 nömrəli məktəb fənn, beynəlxalq olimpiadalarında kifayət qədər fərqlənib.

Kamran Əsədov: “Nəcibə xanımın 45 nömrəli məktəbdə əldə etdiyi uğurlar yeni məktəbdə də davam edəcək”.

Xoşagəlməz hadisəyə baxmayaraq Nəcibə xanımın fəaliyyətinə digər məktəbdə davam etdirmək qərarı qəbul edildi. Çünki Nəcibə xanımın təhsil bilikləri, idarəetmə bacarıqları digər məktəb direktorlarının bir çoxundan daha yaxşı idi. Mən inanıram ki, Nəcibə xanım da bundan sonra daha diqqətli olacaq. Mən Nəcibə xanıma növbəti fəaliyyətində uğurlar arzu edirəm. Əminəm ki, Nəcibə xanımın 45 nömrəli məktəbdə əldə etdiyi uğurlar yeni məktəbdə də davam edəcək.

Elm və Təhsil Nazirliyi Nəcibə xanıma yenidən şans verdi. İnanıram ki, o bu etimadı, şansı doğruldacaq. Buna şübhə etmirəm. Çünki Nəcibə xanım bu istiqamətdə kifayət qədər bilik və bacarıqlara sahib olan şəxsdir. İnanıram ki, yeni məktəb Nəcibə xanımın rəhbərliyi altında daha da böyük uğurlar əldə edəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

Ən çox oxunanalar